Abituriyentlərin NƏZƏRİNƏ: Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Bu gündən bütün qruplar üzrə ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır.

Bizim.Media xəbər verir ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur.
 

Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.


I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 13 min 15 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9050, rus bölməsində 475, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3490) var. RK altqrupunda dövlət sifarişi əsasında 9007 plan yeri var.

Rİ altqrupu üzrə ümumilikdə 6975 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4265, rus bölməsində 310, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2400) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 5400 plan yeri ayrılıb.

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

İqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 13 yerin və menecment ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 854, rus bölməsi üzrə 1410 plan yeri nəzərdə tutulur.

Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2195 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 459 yer ayrılıb. Bu yerlərdən 4318-nə qəbul dövlət sifarişi əsasında aparılır.

III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə DT altqrupunda ümumilikdə 13 min 494 plan yeri (o cümlədən Azərbaycan bölməsində 10 min 509, rus bölməsində 1125, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1860) var. DT altqrupunda dövlət sifarişi əsasında 4068 plan yeri var.

TC altqrupu üzrə ümumilikdə 1965 plan yeri (o cümlədən Azərbaycan bölməsində 1345, rus bölməsində 285, hər iki bölmənin birgə müsabiqəsi üzrə 335) mövcuddur. TC altqrupunda dövlət sifarişi əsasında 250 plan yeri ayrılıb.
 

Filologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.


2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4600 plan yeri ayrılıb. Bu yerlərdən 3135-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

Qaxda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Qaxda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla GEDƏ BİLƏCƏYİK

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla GEDƏ BİLƏCƏYİK

Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının 4-cü mərhələsi keçiriləcək

Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının 4-cü mərhələsi keçiriləcək

“Survivor”da faciə - İştirakçının ayağı amputasiya edildi - Video

“Survivor”da faciə - İştirakçının ayağı amputasiya edildi - Video

4 rayonun bu ərazilərində qaz olmayacaq

4 rayonun bu ərazilərində qaz olmayacaq

Bakıda anbarda baş verən yanğın söndürüldü

Bakıda anbarda baş verən yanğın söndürüldü

Bu gün 31 dərəcə isti olacaq

Bu gün 31 dərəcə isti olacaq

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

İrəvan küçələrində peyda olan Fransa HƏRBİ TEXNİKALARI – Necə və nə vaxt GƏTİRİLİB? - ARAŞDIRMA

İrəvan küçələrində peyda olan Fransa HƏRBİ TEXNİKALARI – Necə və nə vaxt GƏTİRİLİB? - ARAŞDIRMA

İndi də bu ölkəni ABŞ-ın 51-ci ştatı elan etdi – FOTO

İndi də bu ölkəni ABŞ-ın 51-ci ştatı elan etdi – FOTO

Azərbaycanda bunu etmək qadağan olundu

Azərbaycanda bunu etmək qadağan olundu

Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO

Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

"Qanlı dərə"də meyiti tapılan Rəhim Mustafayevin FOTOSU

"Qanlı dərə"də meyiti tapılan Rəhim Mustafayevin FOTOSU

Sürücülərin NƏZƏRİNƏ: Alternativ yollardan istifadə edin

Sürücülərin NƏZƏRİNƏ: Alternativ yollardan istifadə edin

End of content

No more pages to load

RADİO