Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, 1953-cu il təvəllüdlü Mahirə Hümbətova yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.
Yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M.Hümbətovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media