2024-cü ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə 3,5 milyondan çox şəxs icbari tibbi sığorta ilə müraciət edib.
Bəs bu il neçə nəfər icbari tibbi sığorta xətti ilə xidmətlərdən yaralanıb?
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, 3,5 milyon şəxs tərəfindən edilən müraciətlərin sayı 12 milyona çatıb:
“Xidmət sayı isə 40 milyona yaxın olub. Bu xidmətlərin 26 %-i uşaqlara, 74 %-i isə böyüklərə göstərilib. Dövlət xəstəxanalarında müraciətlər əsasən tənəffüs sistemi, endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları, qan dövranı, sümük-əzələ sistemi, həzm sistemi və digər xəstəliklərlə bağlı olub.
2024-cü ilin yanvar-may ayları (5 ayı) ərzində vətəndaşlar göndəriş ilə müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 71 476 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 1043-ü uşaqlara, 70 433-ü isə böyüklərə göstərilib. Sözügedən dövr ərzində müqaviləli tibb müəssisələrində əsasən ürək-damar cərrahiyyəsi, ümumi cərrahiyyə, uroloji, travmatoloji və oftalmoloji əməliyyatlar icra olunub”.
Nuray, Bizim.Media