Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi Daşkəsəndə yaşadığı evə gətirilib.
Bizim.Media xəbər verir ki, şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir.
Məlumata görə şəhidin cənazəsinin qarşısında qurbanlar kəsilib.
Hərbçimiz Daşkəsən Şəhidlər xiyabanında dəfn olunacaq.
Bizim.Media