Azərbaycanın Xalq artisti Arif Quliyev dəfn olunub.
Bizim.Media xəbər verir ki, Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, dostları və yaxınları iştirak ediblər.
Qeyd edək ki, koronavirusa yoluxaraq "Yeni Klinika"ya yerləşdirilən Xalq artisti dünən axşam saatlarında dünyasını dəyişib.
Bizim.Media