''Real Madrid'' futbol klubu nazir Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlılğı verib.
Bizim.Media xəbər verir ki, klub Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə bununla bağlı rəsmi məktub ünvanlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bu barədə feysbuk səhifəsində paylaşım edib. Məktubunda mərhumun vaxtsız dünyasını dəyişməsindən kədər hissi keçirdikləri qeyd edilib.
Həmçinin A.Rəhimovun ailə üzvlərinə və yaxınlarına başsağlığı ünvanlanıb.
Bizim.Media
