Koronavirusun ağır formalarının xəstəliyin əvvəlində müəyyənləşdirilməsi üsulu aşkar olunub.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Sürix Universiteti məlumat yayıb.
Məlumata əsasən, Universitetin Eksperimental İmmunologiya İnstitutu alimləri almaniyalı və fransalı həmkarları ilə birlikdə “T-qatil hüceyrələr” üzərində sınaqlar aparıb.
Məlum olub ki, COVID xəstəsinin qanında bu hüceyrələrin səviyyəsi onun xəstəliyi nə qədər ağır keçirəcəyini öncədən müəyyənləşdirməyə imkan verir. Bu hüceyrələr orqanizmin virusa qarşı erkən immun cavabı prosesində fəal iştirak edir.
Bizim.Media