İqbal Əbilovun həbs detalları məlum oldu - Ermənistanla gizli sövdələşmələr... 

İyulun 24-də 2024-cü ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsində Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Əbilov İqbal Şahin oğlu barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, xarici ölkədə yaşayan adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Əbilov İqbal Şahin oğlu üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir. 

Məhkəmə prosesində digər dəlillərlə yanaşı İqbal Əbilovun İrəvan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru - Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviç ilə SKYPE vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri də elan edilib. 

Müəyyən olunur ki, İ.Əbilovun xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə birgə müxtəlif ölkələrdə olan pozucu  qüvvələri cəlb etməklə Azərbaycanın ərazi bütövlüyü əleyhinə qondarma təşkilatın fəaliyyətini təşkil etməsinə, həmçinin Ermənistan XXO ilə əlaqəli Vardan Voskanyan və digərlərinin ölkəmizə qarşı düşmənçilik fəaliyyəti həyata keçirməsinə kömək etməsinə də şübhələr var. 

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub. 
Məhkəmə İlqar Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Əli Cavadlı Avropa çempionu oldu

Əli Cavadlı Avropa çempionu oldu

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

End of content

No more pages to load

RADİO