Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Aranlı kəndində qeydə alınıb.
Belə ki, idarəetməni itirən sürücü "Niva" markalı minik avtomobilini yolun kənarındakı kafeyə çırpıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media