“Bu adamların havadarları var” - Talassemiyalı uşaqların pullarını mənimsəməklə bağlı MƏHKƏMƏ

Talassemiyalı uşaqların müalicəsi üçün yığılmış pulları ələ keçirməkdə ittiham olunan şirkət rəhbəri Nuridə Seyidova və onun işçiləri Aynur Bayramova ilə Aysel Məmmədovanın məhkəməsi davam edir.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə Dövlət Vergi Xidməti və Əmək Müfəttişliyindən göndərilmiş sənədlər elan edilib.

Əmək Müfəttişliydən daxil olmuş məktubda göstərilib ki, təqsirləndirilən Nuridə Seyidova ilə bağlı sistemdə əmək müqaviləsi və digər məlumatlar yoxdur.

Seyidova isə özü haqqında sistemdə məlumat olmamasını xarici ölkənin vətəndaşı olması ilə əlaqələndirib. 

Bundan başqa, Aysel Məmmədova və Aynur Bayramovanın əmək müqavilələri haqqında məhkəməyə məlumat verilib.

Dövlət Vergi Xidmətinin cavab məktubunda isə yazılıb ki, “My Doc Tour” və “Urmedhelp” MMC-lərdə faktiki kassa aparatları quraşdırılmayıb.

“Dövlət Vergi Xidməti məhkəməyə 72 vərəq hesabat göndərib. Yalandan vətəndaşları aldadıb, onlara qəbzlər vermisiniz. Sizin rəhbərlik etdiyiniz MMC-lərin heç kassa aparatı olmayıb. Hesabatlarda 5-6 manat pul yazmısınız, amma yüzminlərlə vəsait olub”, - sədrlik edən hakim Azad Məcidov xanım müttəhimlərə deyib.

Zərərçəkmiş Aysel Abdullayeva hesab edir k, bu iş yaxşı araşdırılmayıb. O, işin dərindən araşdırılmasını, təqsiri olan başqa şəxslərin də dairəsinin müəyyənləşdirilməsini istəyib:

“Təqsirləndirilən şəxslərə qanunsuz olaraq, Talassemiya Mərkəzinə giriş və oradan məlumatlar, sənədlər əldə etmək imkanı yaradılıb. Talassemiya Mərkəzi qapalı müəssisədir. Aynur Bayramova oradan xəstələrin qan nümunələrini, onların sənədlərini necə götürüb? Bunlar araşdırılmayıb. Bu adamların havadarları var. Onları tapıb cəzalandırmaq lazımdır”.

Daha sonra Nuridə Seyidova prokurorun, vəkillərin suallarını cavablandırıb. 

Deyib ki, toplanan vəsaitlər hesabına beş talassemiyalı uşağın tam müalicəsi həyata keçirilib. O, bir neçə ad sadalasa da, hakim ondan bunu təsdiqləyən sübutlar, ətraflı məlumatlar istəyib.

Nuridə Seyidova zərərçəkmişlərdən alınmış vəsaitlər və pulların kimlər arasında bölünməsi barədə danışarkən zalda əyləşən zərərçəkmiş Natiq Qubadov əsəbiləşib:

“Mənim xəstə balamın pulunu yemisən. Sən yaşamalı deyilsən...” N. Seyidova vəkillərin suallarına cavab olaraq bildirib ki, xəstələrin yaxınlarından alınmış vəsaitlər 4 nəfər arasında bölünüb. Bunların da üçü hazırda məhkəmə qarşısında dayanan şəxslərdir: “Mən, Aynur Bayramova, Aysel Məmmədova və Turan xanım...”

Adıçəkilən Turan xanımın hansı vəzifəni tutduğu bilinmir.

Aysel Məmmədova isə xəstə yaxınlarının aldadılıb, onların pullarının ələ keçirilməsi ilə bağlı ünvanına səslənən ittihamı qəbul etmir.

Deyir ki, şəxsən onun xəstə yaxınlarından aldığı vəsaitlər depozitə qoyulub, əməliyyat baş tutandan sonra ona çatan hissəni götürüb:

“Nuridə yalan danışır. Mən biləndə ki, bu, xəstələri aldadıb, özüm vatsap qrupunda zərərçəkmişlərə dedim ki, gedib şikayət eləsinlər”.

Proses sentyabrın 11-i davam edəcək.

İttihama görə, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi N. Seyidova A. Bayramova və A. Məmmədova ilə cinayətkar əlaqəyə girib. Onlar 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər.
Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hər üç xanım müttəhim həbsdədir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Əli Cavadlı Avropa çempionu oldu

Əli Cavadlı Avropa çempionu oldu

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

End of content

No more pages to load

RADİO