İyul ayının 24-dən 26-dək ölkə ərazisində küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, iyulun 24-26-da bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala və Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.
Bizim.Media