Tovuz rayonuna saat 16:20 radələrində yağmağa başlayan dolu kənd təsərrüfatına ciddi ziyan vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon sakinlərinin bildirdiyinə görə, bəzi ərazilərdə elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Təxminən 10 dəqiqə yağan dolunun ölçüsü 2-4 santimetr arasında olub. Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu