Rusiyadan İrana gedən TIR sürücüsü sükan arxasında vəfat edib.
Bizim.Media xəbər verir ki, özünü yaxşı hiss etməyən sürücü Astara Gömrük Postuna çatmadan nəqliyyat vasitəsini kənara çəkərək saxlayıb və həyatını itirib.
1963-cü il təvəllüdlü, Dağıstan Respublikası Karabudaxkent rayonu sakini Maqomed Maqomedeminoviçin ürəktutmasından öldüyü ehtimal edilir.
Bizim.Media