İyulun 24-ü saat 9:00-a olan məlumata görə havanın maksimal temperaturu Bakıda və Abşeron dərəcəyədək isti olub.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 9 mm, Şəkidə 4 mm olub.
Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq iyulun 24-ü səhər şimal-qərb küləyi arabir Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.
Bizim.Media