İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin edilib.
Bizim.Media "report.az"-a istinadən xəbər verir ki, bu vəzifə indiyə qədər direktoru müvəqqəti əvəz edən Xamis Seyranova həvalə olunub.
O, I "Yüksəliş" müsabiqəsinin qalibidir.
Qeyd edək ki, X.Seyranov 1984-cü ildə anadan olub, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura, İsveçin Malmö Universitetində Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb.
Bizim.Media