İmtahandan kəsilməyi “FƏLAKƏT”ə çevirən VALİDEYNLƏR – Həyatın mənası ali məktəbdir?

Bir neçə gün əvvəl universitetlərə qəbul imtahanının cavabları açıqlanıb. İmtahan zamanı az bal toplayan bəzi abituriyentlər valideynlərinin reaksiyasından qorxurlar. Bu qorxu abituriyentləri ailələrinə yalan danışmağa, evdən qaçmağa, hətta bəzən intihara qədər apara bilir.

Bəs görəsən valideynlər bu mövzuda özladlarına hansı həssaslıqla yanaşmalıdırlar ?

Mövzu ilə bağlı psixoloq Fidan Nizamova Bizim.Media-ya açıqlamasında bildirib  ki, uşağa imtahandan kəsilməyi fəlakət  kimi təqdim etmək qəti şəkildə olmaz:

“Valideynlər anlamalıdırlar ki, uşaqlar nə qədər stresli, həyəcanlı olsalar, o qədər pis nəticə göstərəcəklər. Əgər uşağın kifayət qədər biliyi və mənəvi hazırlığı varsa, onda onsuz da yaxşı nəticə göstərəcək. Ona aşırı təzyiq göstərərək, məsuliyyət yükləyərək, qorxudaraq yaxşı nəticə gözləmək olmaz. Bu əks effekt verir. 

Bəzən valideynlər uşağın şəxsən özünə heç nə demirlər, amma onu qohumların, tanışların yanında müzakirə edirlər. “Bütün ümidlərimiz onadır. Biz filan qədər pul xərclədik. Bu qədər zaman ayırdıq. İnşallah yaxşı nəticə göstərər” və s. kimi manipulyativ cümlələri özünə deməsələr belə, bir növ övladlarına eşitdirirlər. Bunu bəzən bilərəkdən, bəzən bilməyərəkdən edirlər. 

Amma bu çox yanlış bir hərəkətdir.  

Uşağın məsuliyyət hiss eləməsi gözəl bir şeydir. Lakin həddən artıq yüklənmək və övladında  “Mən imtahanı keçməsəm, valideynlərim məni öldürər” fikri formalaşdırmaq çox pis hadisələrlə nəticələnə bilər. Valideynlər universitetə qəbul ola bilməyən övladları ilə normal şəkildə doğru istiqamətdə söhbət etməli, lazım olduqda mütəxəssisə müraciət etməlidirlər ki, abituriyentlər gələn il üçün də qəbul imtahanlarında rahat şəkildə iştirak edə bilsinlər. Əgər abituriyent bu il universitetə qəbul ola bilməyibsə, bəlkə də belə məsləhətidir. Məsələyə bir də bu tərəfdən baxmaq lazımdır”.

“Valideynlər bilməlidirlər ki...”

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, bu kimi hadisələrin əsas səbəblərindən biri orta təhsil müəssisələrində tədrisin zəif təşkilidir:

"Təbii ki bu kimi hadisələrin bir neçə səbəbi var. İntiharlar ali təhsil müəssisələrində keçirilən qəbul imtahanların nəticələri ilə bilavasitə bağlıdır. Amma burda ən mühüm amil tədrisdir. Çox təəssüf ki, orta təhsil müəssisələrində tədrisin təşkilindəki zəiflik, eyni zamanda orta məktəbdəki şagirdlərlə individual qaydada psixoloji işin aparılmaması yekun nəticədə bu problemlərə gətirib çıxarır. 

Burada valideynlərlə də bağlı xüsusi danışmaq lazımdır. Təəssüflər olsun ki, valideynlər arasında maarifləndirmə işlərinin aşağı səviyyədə aparılması da yekunda valideynlərin məhz uşaqlara fiziki və psixoloji basqısı ilə nəticələnir və bu yekunda uşaqların intihar etməsinə gətirib çıxarır. Bu mövzularda valideyn və şagirdlərlə mütəmadi görüşlər təşkil olunmalı və maarifləndirici söhbətlər edilməlidir. Biz valideynlərə izah etməliyik ki, ali təhsil müəssisələrinə qəbulla proses bitmir. 

Valideynlərin bilməli olduğu bir şey də var ki, əgər övladları qəbul imtahanında yetərli bal toplamayıbsa, onlar on birinci sinif nəticələrinə görə kolleclərə, daha sonra isə yeni qaydalara  əsasən kollec məzunları olaraq birbaşa ali məktəblərə qəbul ola bilərlər. Əgər orta ixtisaslı təhsil müəssisələrinə qəbul olmasalar, peşə təhsili müəssisələrinə qəbul ola bilərlər. Yaxud da xarici ölkələrə qəbul olub, təhsil almaq mümkündür”.

Çiçək Sadatova, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

End of content

No more pages to load

RADİO