BİZİM TƏQVİM: 24 iyulda baş vermiş tarixi hadisələr

24 iyul 2008-ci ildə Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməli qoyulub. Təməlqoyma mərasimində Türkiyə Prezidenti Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili iştirak ediblər.

Bəs, iyulun 24-də dünyada daha hansı hadisələr baş verib?

1. 1908-ci il 24 iyulda Türkiyədə İkinci Hökumət elan edildi. Bundan sonra 29 ildir asqıda olan Osmanlı Konstitusiyası yenidən qüvvəyə mindi.

2. 1915-ci ilin bu günündə Çıkaqoda sərnişin gəmisinin batması nəticəsində 1000-ə yaxın insan ölüb.

3. Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Rumıniya, Yuqoslaviya və Türkiyə arasında 1923-cü il iyul ayının 24-ündə Lozanna Müqaviləsi imzalandı. Bu saziş Türkiyənin indiki ərazi bütövlüyünü təsdiq etdi. Lozanna müqaviləsinə ilk imzaları dövrün baş naziri İsmət İnönü, Rza Nur və Həsən Sakadan ibarət Türkiyə nümayəndə heyəti atdı. Beləliklə, 19 may 1919-cu ildə başlayan, 4 il davam edən Türkiyə Qurtuluş Müharibəsi zəfərlə nəticələndi və Türkiyə Cümhuriyyəti Lozanna Müqaviləsi ilə müstəqilliyi rəsmi olaraq tanındı.

4. 24 iyul 1959-cu ildə İraqda 1000-ə qədər kərküklü və türkmənin qətlə yetirildiyi açıqlandı.

5. 24 iyul 1974-cü ildə Türkiyə ordusunun Qıbrız (Kipr) Barış Hərəkatının başlaması Yunanıstanda siyasi zəlzələyə yol açdı və 1967-ci ildən sürən hərbi çevriliş hökuməti iflasa uğradı. Sürgündə olan əvvəlki baş nazir Konstantin Karamanlis hökuməti qurmaq üçün Yunanıstana döndü.

6. 1977-ci ilin bu günü “Dörd günlük Liviya-Misir müharibəsi” başa çatdı.

7.  2000-ci ilin bu günü İsrailin baş naziri Ehud Barak “əgər İsrail-Fələstin sülhü təmin olunacaqsa, Qəzza Zolağındakı bütün yəhudi məhəllələrini boşaltmağa hazır olduqları”nı dedi.

24 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur fransız yazıçısı, “Üç müşketyor”, “Kraliça Marqo”, “Qrafinya de Monsoro”, “Qraf Monto Kristo” kimi geniş oxucu rəğbəti qazanmış əsərlərin müəlifi Aleksandr Düma 1802-ci ilin bu günü anadan olub.  Yaradıcılığa 23 yaşında (1825) dramaturq kimi başlayan A.Düma sonralar roman janrında qələmini sınayıb və böyük uğur qazanıb.Böyük fransız yazıçısı Azərbaycanda da olub, bir çox bölgələri gəzib, Qarabağ xanının qızı Xurşudbanu Natəvanla görüşüb. Öz səyahət təəssüratlarını Aleksandr Düma “Qafqaz” əsərində qələmə alıb. (1802-1870)

2. Fransanın tanınmış bəstəkarı Adolf Adan 1803-cü ilin 24 iyulunda dünyaya gəlib. Onun məşhur “Jizel”, “Korsar” baletləri dünya ölkələrində hələ də uğurla göstərilməkdədir. (1803-1856)

3. Rusiyada Xalqçılıq Hərəkatının banisi, yazıçı-inqilabçı Nikolay Çernışevski 24 iyul 1828-ci ildə anadan olub. Onun çarizmə, təhkimçiliyə qarşı mübarizəyə həsr olunan publisistikası, ədəbi-tənqidi məqalələri qabaqcıl rus ədəbiyyatı və incəsənətinin inkişafına böyük təsir göstərib. N.Çernışevskinin Azərbaycan ədəbiyyatı, xüsusən “Koroğlu” dastanı haqqında yazıları var. (1828-1889)

4. Bu gün 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, ictimai xadim və müəllim Abdulla Şaiqin xatirə günüdür.  Şeir və nəsrləri ədəbiyyatın ən dəyərli nümunələri arasında yer alan A.Şaiqin xüsusən Azərbaycan uşaq ədəbiyyatında böyük xidmətləri var. Abdulla Şaiqin xalq maarifi sahəsində də xidmətləri əvəzsizdir. (1881-1959)
5. Qərbi Trakiya türklərinin siyasi rəhbərlərindən olan Sadiq Əhməd 1995-ci il 24 iyulda Yunanıstanın Gümülcine yaxınlarında keçirdiyi yol qəzasında 48 yaşındaykən dünyasını dəyişib. Həyatı boyu Qərbi Trakiya türklərinin etnik şəxsiyyəti və siyasi haqqları üçün mübarizə aparan Sadiq Əhmədin cənazə mərasiminə minlərlə adam qatıldı. (1947-1995).

6. 24 iyul 1937-ci ildə Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev (1937 – 10.12.2019) Bakıda doğulub. Cizgi və sənədli filmlərin müəllifidir, “Xatirələr sahili” bədii filminə quruluş verib. “Azərbaycantelefilm”in bədii rəhbəri olub.

7. 24 iyul 1949-cu ildə Əməkdar artist Tofiq Hüseynov (1949 – 5.7.2020) Xırdalanda anadan olub. İrəvan, Sumqayıt Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb. 2001-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

8. 24 iyul 1956-cı ildə Əməkdar artist Gülnar Salmanova (1956 – 25.10.2015) Salyan rayonunun Xıllı qəsəbəsində doğulub. Musiqili Komediya Teatrının aktrisası olub. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Rusiya səfiri Macarıstan XİN-ə çağırıldı

Əli Cavadlı Avropa çempionu oldu

Əli Cavadlı Avropa çempionu oldu

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

End of content

No more pages to load

RADİO