Siqaret qadağasına niyə əməl olunmur? – “Cərimələr artırılmalıdır” – Hüquqşünas 

Azərbaycanda İnzibati Xətalar Məcəlləsinin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qapalı məkanlarda siqaret çəkmək  qadağan edilib.

Həmin qanuna görə, qapalı yerdə tütün çəkilməsinə görə həm ondan istifadə edən, həm də bu hadisəyə icazə verən məkan sahibini böyük məbləğdə cərimə gözləyir. Xatırladaq ki, qanun qüvvəyə minən kimi obyekt sahiblərinə xəbərdarlıq edilib. Onlara siqaret çəkilməsinə ciddi nəzarət etməli olduqları, əks halda, cərimələnəcəkləri barədə bildirilməsinə baxmayaraq, hələ də qanunun tələbinə məhəl qoymayanlar var.

Görünən odur ki, qanunun tələblərinə əməl edilmir. Son zamanlar müşahidələr onu göstərir ki,  Bakıda və əyalətlərdə kafe və çayxanalarında yenə siqaret çəkilir.

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu qadağaya vətəndaş məsuliyyətini artırmaq üçün mütləq şəkildə cərimələr daha da yüksəldilməlidir.

“İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə görə, qapalı məkanlarda siqaret çəkmək qadağasını pozan şəxslər 30 manat dəyərində cərimə olunur. Mütləq şəkildə cərimələr qaldırılmalıdır ki, həmin insan bundan peşman olsun. Bir dəfə etdikdən sonra, bunu ikinci dəfə etməyə ehtiyat etsin. Mən özümdə son zamanlar bu qaydaya riayət olunmadığının şahidi oluram. Bu tərəfdən qanunda böyük boşluq var, demək olar ki, nəzarət mexanizmi doğru qurulmayıb. Çox vaxt bu vəziyyətə nəzarət edən orqanlar da bu cür hallara göz yumur”.

Söhbət əsnasında hüquqşünas qapalı məkanlarda tütün qadağasının pozulmasına bir neçə orqanın nəzarət etdiyindən də danışıb:

“Düşünürəm ki, bu cür halların qarşısını almaq üçün vəziyyətə Hüquq mühafizə, Sanitar Gigiyenik normalara nəzarət edən orqanlar və yerli icra nümayəndəliyi mütləq şəkildə nəzarət etməlidir. Lakin hamıdan əvvəl  bu şəxslərə məkan sahibləri özləri ciddi nəzarət etməlidir ki, bu cür xoşagəlməz hallar yaşanmasın. Çünki qapalı məkanlarda siqaret çəkən insan özündən qat-qat çox ətrafdakı insanlara zərər verir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əlavə edilən 5-ci bəndə əsasən qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslərə 500 manat, hüquqi şəxslərə isə 1200 manat məbləğində cərimə tətbiq edilir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu

FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu

Magistral yollarda görmə məsafəsi MƏHDUDLAŞACAQ

Magistral yollarda görmə məsafəsi MƏHDUDLAŞACAQ

Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq öldü

Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq öldü

ChatGPT istifadəçinin istəyi ilə "şəxsiyyətini" dəyişdirə BİLƏCƏK

ChatGPT istifadəçinin istəyi ilə "şəxsiyyətini" dəyişdirə BİLƏCƏK

Bakıda məktəbdə qorxulu anlar: Boğulan şagird belə xilas edildi – ANBAAN VİDEO

Bakıda məktəbdə qorxulu anlar: Boğulan şagird belə xilas edildi – ANBAAN VİDEO

Bu şəhərdə cəmi 18 dəqiqə gündüz OLACAQ

Bu şəhərdə cəmi 18 dəqiqə gündüz OLACAQ

Ağsuda 14 yaşlı qıza əxlaqsız hərəkət edənlər HƏBS OLUNDU

Ağsuda 14 yaşlı qıza əxlaqsız hərəkət edənlər HƏBS OLUNDU

Türkiyə MN: “Rusiyaya məxsus PUA nəzarətdən çıxaraq ərazilərimizə daxil olub”

Türkiyə MN: “Rusiyaya məxsus PUA nəzarətdən çıxaraq ərazilərimizə daxil olub”

İlk köç karvanı Kərkicahana çatdı, açarlar təqdim olundu – FOTO

İlk köç karvanı Kərkicahana çatdı, açarlar təqdim olundu – FOTO

Coşua blogeri nokauta saldı

Coşua blogeri nokauta saldı

Anatoli Lobotski vəfat etdi - FOTO

Anatoli Lobotski vəfat etdi - FOTO

Xoşqədəm Hidayətqızı KÖVRƏLDİ: “Atam yaşasaydı, zəng edib deyəcəkdi ki…” – VİDEO

Xoşqədəm Hidayətqızı KÖVRƏLDİ: “Atam yaşasaydı, zəng edib deyəcəkdi ki…” – VİDEO

Pirotexniki vasitələr satan 14 nəfər TUTULDU

Pirotexniki vasitələr satan 14 nəfər TUTULDU

Deputat: “Azərbaycanda boşanmaları azaltmaq üçün qanunu sərtləşdirmək faydasızdır”

Deputat: “Azərbaycanda boşanmaları azaltmaq üçün qanunu sərtləşdirmək faydasızdır”

Bu klub “Qarabağ”a növbəti dəfə təklif göndərdi

Bu klub “Qarabağ”a növbəti dəfə təklif göndərdi

Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşdü – FOTO

Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşdü – FOTO

Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü AYIRDI

Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü AYIRDI

Tanınmış idmançı qeyri-adi bir sınağa imza atdı – FOTO

Tanınmış idmançı qeyri-adi bir sınağa imza atdı – FOTO

Ukrayna Rusiyanın iki "Su-27" qırıcısını vurdu – FOTO

Ukrayna Rusiyanın iki "Su-27" qırıcısını vurdu – FOTO

Filmlərdəki kimi deyil: Niyə yadplanetlilərlə ilk təmas faciəvi ola bilər?

Filmlərdəki kimi deyil: Niyə yadplanetlilərlə ilk təmas faciəvi ola bilər?

Azərbaycan İspaniyaya neft ixracını bərpa ETDİ

Azərbaycan İspaniyaya neft ixracını bərpa ETDİ

Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Azərbaycan və Monteneqro XİN başçıları görüşdü – FOTO/YENİLƏNİB

Azərbaycan və Monteneqro XİN başçıları görüşdü – FOTO/YENİLƏNİB

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi – FOTO

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi – FOTO

End of content

No more pages to load

RADİO