AAiləsini qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədov məhkəmə prosesinə gətirilməyib.
Bizim.Media xəbər verir ki, Əhməd Əhmədovun gətirilməsi ilə bağlı onun saxlanıldığı müəssisəyə məlumat çatmayıb. Ona görə də, təqsirləndirilən şəxs prosesə gəlməyib.
Daha sonra məhkəmədə bildirilib ki, hakimlər heyəti məzuniyyətə çıxdığı üçün proses sentyabrın 10-na təxirə salınıb.
Qeyd edək ki, Ölkədə geniş rezonans doğuran cinayəti Əhməd Əhmədov bu il fevralın 13-də törədib. O, 1972-ci il təvəllüdlü atası Mehman Əhmədovu, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədovanı, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyevanı və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu qətlə yetirib.
Nuranə Daxilqızı, Bizim.Media