Nabranda qaz balonu partlayıb.
Bizim.Media xəbər verir ki, hadisə Xaçmaz rayonunun Nabran İnzibati Ərazi Dairəsinin Şimali kəndində qaz balonu partlayıb.
Bakı sakini Abdulla Cəlilova məxsus bir mərtəbəli, 3 otaqlı evin 60 kvadratmetr hissəsi partlayış nəticəsində dağılıb. Xəsarət alan yoxdur. Hadisənin səbəbi araşdırılır.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu