Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.
Bizim.Media-nın məlumata görə, bu barədə Səbail RİH başçısı Vüqar Zeynalov əmr imzalayıb.
Qeyd edək ki, Baş Prokurorluğun dünən yaydığı məlumata görə, vəzifəsindəndən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib, “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq, bu barədə tibbi sənədin verilməsini tələb edib.
Bizim.Media