Balakəndə yolu keçmək istəyən piyadanı minik avtomobili vuraraq öldürüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Talalar kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Kia Carens" markalı avtomobil rayonun Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən rayon sakini Sürəyyə Murtuzəliyevanı vurub. Qadın hadisədən bir müddət sonra həyatını itirib. DİN-in regional qrupundan verilən məlumata əsasən, faktla bağlı cinayət işi başlanılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu