VI çağırış Milli Məclisin deputatı Jalə Əhmədovanın bu il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməyəcəyi ilə bağlı məlumtlar yayılıb.
Bizim.Media yayılan informasiyanın doğruluğunu öyrənmək üçün deputatın köməkçisi Zöhrə Rəhimova ilə əlaqə saxlayıb.
Zöhrə Rəhimova saytımıza açıqlamasında yayılan məlumatı təkzib edib:
“Bu barədə Jalə xanım mənə heç nə deməyib. Heç bir məlumatım yoxdur” – deyə, o, bildirib.
Qeyd edək ki, deputatın köməkçisi “modern.az”ın sorğusuna cavabında Jalə Əhmədovanın seçkilərdə iştirak etməyəcəyini vurğulayıb.
Nuranə Daxilqızı, Bizim.Media