149 illik TARİX – Mətbuatımızın dünəni və bu günü

Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibarətdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir.

Sadalanan məqamları sezəndə Azərbaycandakı mövcud vəziyyət göz önünə gəlir. Çünki dünyanın ən demokratik ölkələri tolerantlıq və plüralizmin mərkəzi sayılsalar da, əslində orada vəziyyət tam başqadır. Azərbaycanda isə bu sahədə atılan müsbət addımlar göz önündədir.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Mətbuatımızın 149-cu ili


Xüsusilə də, mətbuatın inkişafı sahəsində...

Bu gün milli mətbuatımız 149 yaşını qeyd edir. Təqribən bir əsr yarım əvvəl Həsən bəy Zərdabinin “Əkinçi”si ilə təməli qoyulan Azərbaycan mətbuatı bu dövr ərzində enişli-yoxuşlu yollardan keçib, günümüzdəki halına qovuşub. 

Doğrudur, “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

Sonrakı dövrdə Çar Rusiyasının basqıları, sovetlərin senzuraları uzun müddət Azərbaycan mediasının inkişafının üzərində qara buluda çevrildi. Lakin müstəqillik qazandıqdan sonrakı illərdə, xüsusilə də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra aparılan islahatlar mətbuatımızın üzərindəki qara buludları dağıtmağı bacardı...

“Azərbaycan güclü demokratik təsisatlara malik olan ölkədir”

Həqiqətən də, Prezident İlham Əliyevin bu sözlərini tam dərinliyi ilə anlamaq üçün yuxarıda sadalanan dəlillərə və başqa nümunələrə nəzər yetirmək kifayətdir.

Ölkə başçısının qeyd etdiyi kimi, bizim ən böyük nailiyyətlərimizdən biri medianın və mətbuatın azadlığıdır:

“Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir.”

Əlbəttə ki, tolerantlıq və plüralizm kimi dəyərlərin yaranması və qorunması üçün fikir, söz və məlumat azadlığının əhəmiyyəti böyükdür. Bu səbəbdən də, Azərbaycan qanunvericiliyində söz və mətbuat azadlığı elə mükəmməl əksini tapıb ki, "Media haqqında" qanun nəinki MDB məkanında, hətta Avropada ən yaxşı qanunlardan biri sayılır. 

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində “Məlumat azadlığı” bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı vardır. Kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır. 

Bu da mətbuat sahəsində köklü islahatlara başlamağa imkan verirdi. Ulu Öndərin “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı cəmiyyətdə güclü reaksiya doğurdu. Heydər Əliyev keçid dövrünün doğura biləcəyi problemləri əvvəlcədən görürdü. 

Müşavirələrin birində ümumilli lider məmurlara demişdi: “Görürsünüz, məndən də yazırlar. Amma mən heç kimi məhkəməyə vermirəm”.  

İki il sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. 2002-ci ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna bir sıra dəyişikliklər və əlavələr olundu. Bununla da mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə aradan qaldırıldı. Artıq qəzet buraxmaq üçün bir ərizə kifayət edirdi.

Medianın İnkişafı Agentliyinə gedən yol...

2003-cü ildə Azərbaycan Jurnalistlərinin birinci qurultayında Mətbuat Şurasının yaradılması ilə mətbuatın özünütənzimləmə metoduna başlanıldı. 2003-cü ildən başlayaraq Azərbaycanı dinamik inkişaf mərhələsinə çıxaran Prezident İlham Əliyev söz və mətbuat azadlığının genişləndirilməsi istiqamətində analoqu olmayan addımlar atır.

Dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmir, yaxud hansısa qəzetin nəşriyyata borcunu ödəmir. Bunu bəlkə də ilk dəfə Azərbaycan dövləti etdi. Prezidentin 2006-cı ilin fevralında imzaladığı Sərəncama əsasən, qəzetlərin nəşriyyata yaranmış borclarının ödənməsini dövlət öz üzərinə götürdü.

Sonrakı illərdə Prezident İlham Əliyev KİV-ə birdəfəlik maddi yardım göstərilməsinə qərar verdi, medianın inkişafında dövlət dəstəyi konsepsiyası müəyyənləşdirildi. 2021-ci il yanvarın 12-də Azərbaycandakı söz, fikir və mətbuat azadlığı daha bir tarixi hadisə ilə qarşılaşdı. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

4 ilə yaxın fəaliyyəti ərzində Medianın İnkişafı Agentliyi jurnalistlərin rəğbətini qazanmağı bacardı.

Buna səbəb, müxtəlif mətbuat orqanlarına maliyyə yardımından əlavə, vaxtaşırı keçirilən yazı müsabiqələri və konkursların obyektiv qiymətləndirilməsidir. 

Sonrakı illərdə jurnalistikamızın inkişafına töhfə verən daha bir hadisəyə şahidlik etdik. Söhbət “Media haqqında” qanunun qəbul olunmasından gedir. Bu qanuna müvafiq olaraq mətbu orqanların fəaliyyəti üçün yeni imkanlar yaradıldı. Üstəlik, Media Reyestrinin yaradılması ilə mətbuatımızdakı bir sıra xoşagəlməz hallar da böyük ölçüdə aradan qaldırıldı.

Hər halda innovativ bütün layihələr Azərbaycanın müasir jurnalistikasının qlobal media ilə rəqabətinə stimul verən şərtlərdən biridir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

End of content

No more pages to load

RADİO