Hacıbəy Heydərli: “Azərbaycan mətbuatı yeni mərhələyə qədəm qoyub”

149 il əvvəl Həsən bəy Zərdabinin yaratdığı, cəmi 56 sayının işıq üzü gördüyü "Əkinçi" qəzeti milli mətbuatımızın təməl daşıdır. Qısa vaxtda fəaliyyət göstərən qəzet maarifçilik ideyalarını əsas tutaraq, cəhalətə, mövhumata qarşı mübarizə apardı. Əsası 1875-ci ildə qoyulan milli mətbuatımız uzun keşməkeşli yollardan keçərək müstəqil, suveren Azərbaycanın mətbuatına çevrildi. 

Son illərdə ölkəmizdə "Media haqqında" qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması bu sahənin inkişafını daha da sürətləndirib. 

Bizim.Media xəbər verir ki, Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli də "Azərbaycan" qəzetinə açıqlamasında qeyd edib ki, 149 il əvvəl Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mətbuatı bu gün inkişaf mərhələsindədir. 

Onun sözlərinə görə, xüsusilə son illər media sahəsində aparılan islahatlar, Media Reyestrinin yaradılması, "Media haqqında" qanunun qəbul edilməsi, onlayn media subyektlərinə dövlət dəstəyinin göstərilməsi Azərbaycan mediasında yeni mərhələ kimi səciyyələndirilə bilər:

"Düşünürəm ki, islahatlardan sonra Azərbaycan mətbuatı yeni mərhələyə qədəm qoyub və bu mərhələdə mətbuatın şəffaflaşması müşahidə olunur. Sevindirici haldır ki, mətbuatımızda artıq şər-böhtan tipli, qara piar kampaniyaları, dezinformasiyalar azalıb. Xüsusən dövlət qeydiyyatından keçmiş media subyektlərində bu tip kampaniyaların az şahidi oluruq. Bu, həm də Azərbaycan cəmiyyətinin qazancıdır, çünki medianın obyektiv, operativ, şəffaf fəaliyyətindən qazanan hər zaman cəmiyyət olur".  

H.Heydərli bildirib ki, son illərdə onlayn mediaya dövlət dəstəyinin göstərilməsi ilə artıq xəbər saytlarında, informasiya agentliklərində müəyyən ənənə yaranıb və bu prosesin sonunda Azərbaycanda saytlar özlərini inkişaf etdiriblər. Onlar maddi-texniki bazalarını, kollektivlərini genişləndirdilər. Qoyulan şərtlər həm də Azərbaycan mediasının yeni mərhələyə keçidinin göstəricisi oldu. Bu mərhələdə Azərbaycan mətbuatı özünü tam sağlam şəkildə cəmiyyətə təqdim edə bildi. Bu, çox sevindirici haldır. 

Mətbuat sahəsində müəyyən problemlərin də olduğunu deyən baş redaktor vurğulayıb ki, bunlardan birincisi reklam məsələsidir.

"Bununla bağlı spesifik layihələr həyata keçirilməlidir. Onlayn media subyektləri biznes strukturu kimi özlərini daha da inkişaf etdirməyə çalışmalıdır. Bu baxımdan, jurnalistika fakültəsi ilə yanaşı, marketinq sahəsində təcrübəsi olan şəxslərin mediaya gəlməsi vacibdir. Eyni zamanda şirkətlər də mətbuatla əməkdaşlıqda maraqlı olmalıdırlar. Düşünürəm ki, Azərbaycan mediası son illər həm də ayaqları üzərində durmağı bacarıb. Təbii ki, dövlətin dəstəyi ilə yanaşı, özəl şirkətlər də mətbuatla işləməyə çalışıb. Bunun da əsas səbəbi mətbuatda peşəkarlığın artması və bunun cəmiyyət tərəfindən müsbət qəbul edilməsidir", - deyə o əlavə edib. 

O vurğulayıb ki, son illər Medianın İnkişafı Agentliyi tərəfindən xüsusən fərdi jurnalist və media subyektləri ilə bağlı həyata keçirilən layihələr, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu layihələr  Azərbaycanda jurnalistlərin daha da peşəkarlaşmasına və inkişafına gətirib çıxarıb. 

Mənbə: Azxeber.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

"Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi oldu - VİDEO

End of content

No more pages to load

RADİO