Xaçmazın Gəndab-Yalama yolunun Susayqışlaq kəndi ərazisində baş verən qəzada həyatını itirən motosikletçinin kimliyi bəlli olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu, Xudat şəhər sakini, 33 yaşlı Rəhman Ramazan oğlu Əliyevdir.
Onun 58 yaşlı Akif Məmmədşərif oğlu Ələsgərovun idarə etdiyi "Mersedes" markalı avtomaşınla vurulduğu deyilir.
Faktı Xaçmaz polis şöbəsi araşdırırır.
*** 19:05
Xaçmazın Gəndab-Yalama yolunun Susayqışlaq kəndindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Bizim.Media-nın məlumatına görə, qəza nəticəsində motosiklet sürücüsü hadisə yerində dünyasını dəyişib.
Əlavə məlumat verilmir.


Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu