Cəlilabad rayonunun Fətullaqışlaq kəndində Babayev Samirə məxsus bir mərtəbəli, təxminən 70 kv-lıq ev tam yanıb.
Bizim.Media xəbər verir ki, yanğının elektrik qapanması nəticəsində baş verdiyi güman edilir.
Kənd sakinlərinin müdaxilə cəhdlərinə baxmayaraq, evdən hər hansı əşya çıxarmaq mümkün olmayıb.
Yanğın zamanı evdə olan ailənin 3 övladı isə dərhal yanğın yerindən uzaqlaşdırılıb. Rayon mərkəzindən 40-50 kilometr uzaqlıqda və meşəlik ərazidə yerləşən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri gələrək yanğının genişlənərək meşə massivinə keçməsinin qarşısını alıblar.

Sabutay, Bizim.Media, Cənub bürosu