Xronika: Paşinyanın sifarişi ilə Azərbaycan əleyhinə kitab hazırlandı - VİDEO 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, "Ermənistanın Qərbi Azərbaycanla bağlı "elmi saxtakarlığı" adlı süjetdə Ermənistan Elmlər Akademiyasının faktların təhrif olunduğu və qondarma iddialara əsaslanan, kartoqraf Ruben Qalsyanın müəllifliyi ilə çap olunan "Azərbaycanın 2014-cü ildə milli atlasının tarixi xəritəsi və Qərbi Azərbaycan uydurma termininin araşdırması" adlanan yeni kitabdan bəhs olunub.

Bildirilib ki, uydurma iddialara əsaslanan kitabın hazırlanmasının rəsmi İrəvan, birbaşa Nikol Paşinyan tərəfindən sifariş edildiyi sirr deyil:

"Erməni müəllif Azərbaycan adlı dövlətin olmadığını, "Ermənistan" adlı dövlətin adının isə tarixi mənbələrdə çəkildiyini iddia edir. Təbii ki, bu, klassik erməni xəstəliyidir və o qədər də təəccüblü deyil və erməni müəllif Ruben Qalsyan kitabla bağlı açıqlamasında özünü ifşa edir. O, bu iddialarla diqqəti rəsmi İrəvanın üzərindən yayındırmaq və qondarma "tədqiqatı" şəxsi təşəbbüsü kimi göstərmək istəyir.

Çünki Ermənistan hakimiyyəti Qərbi Azərbaycan reallığına qarşı lazım olanda "müstəqil tədqiqatçıların" əsərlərinə istinad edə bilmək üçün bu "elmi saxtakarlığın" dövlət sifarişi kimi görünməsini istəmir. R.Qalsyan isə öz açıqlamasında "hər şeyi" dolayısı ilə etiraf edir". 

Qeyd olunub ki, Azərbaycan Milli Atlası Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Milli Atlası"nın çapının təmin edilməsi" haqqında 20 aprel 2011-ci il tarixli Sərəncamına əsasən hazırlanıb.

19 bölmə, 444 səhifə, 1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət olan atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir. Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanat aləmi, tarixi, mədəniyyəti, təhsili və s. sahələrini əhatə edən unikal xəritələr toplusundan ibarətdir.

Təbii ki, Milli Atlasda Qərbi Azərbaycanla bağlı toponimlərdən tutmuş xəritələrə qədər təkzibolunmaz faktlar yer alıb.

Diqqətə çatdırılıb ki, 2014-cü ildə Milli Atlas nəşr olunanda Ermənistan bu məsələyə diqqət etmədi. Çünki Qarabağ işğalda idi və İrəvanda hesab edirdilər ki, onlar Azərbaycan torpaqları hesabına ikinci dövləti də yaradıblar, bundan sonrakı hədəfləri "dənizdən dənizə Ermənistan" xülyasını reallaşdırmaq olacaq.

Ermənilər düşünməzdilər ki, Azərbaycan Qarabağı azad edəcək, öz torpaqlarında yaradılan qondarma "ikinci erməni dövləti"ni məhv edəcək və tarixi torpaqları olan Qərbi Azərbaycana qayıdışı qaçılmaz reallığa çevirəcək.
Sonda vurğulanıb ki, Ermənistan mediası və ekspertləri tərəfindən Qərbi Azərbaycan reallığının qaçılmaz olmasına, azərbaycanlıların geri qayıdacağına dair çoxsaylı fikirlər səsləndirilir: "Bütün bunlar ermənilərin reallığı anladıqlarından xəbər verir. Ermənistan Elmlər Akademiyasının Qərbi Azərbaycanla bağlı hazırladığı qondarma "kitab" da məhz bu reallığın qarşısında "saman çöpündən yapışmaqdan" başqa bir şey deyil".

Daha ətraflı BakuTV-nin videomaterialında:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

End of content

No more pages to load

RADİO