Gənclər və İdman naziri vəzifəsini hazırda nazir müavini İntiqam Babayev icra edir.
Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
O, bildirib ki, hazırda bu vəzifəni müvəqqəti olaraq İntiqam Babayev yerinə yetirir.
İntiqam Babayev Vaqif oğlu əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb.
1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 2000-ci il Gənclər və İdman nazirinin müavini kimi fəaliyyət göstərir.
Bizim.Media