Keçmiş Təhsil naziri Misir Mərdanovun evi qarət olunub.
Bizim.Media-nın etibarlı mənbələrdən əldə etdiyi məlumatına görə, oğurluq hadisəsi 2 gün əvvəl baş verib. Məlumata görə hətta bu haqda eks nazir polisə də şikayət edib.
Bizim.Media məsələ ilə bağlı M.Mərdanovla əlaqə saxlayıb. Oğurluq barədə sualımızı eşidən eks nazir gülərək xəbəri təkzib edib:
“Ev mənimdirsə, oradan heç kim heç nə oğurlamayıb”, - deyə o, bildirib.
Amma eks-nazir hansı evindən, onu demədi.
Vüsalə Balayeva, Bizim.Media