AMEA Seysmoloji Xidmət Mərkəzində doktoranturanın yaradılmasına görə hökumət qarşısında vəsatət qaldırıb - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan Bizim.Media-ya bildirilib ki, iclasda AMEA prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi yeni tarixi dövr və milli ideya konsepsiyası və qarşıda duran məsələlər” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra iclasda Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərovun “Azərbaycanda türklük, türkçülük və türkologiya” mövzusunda məruzəsi müzakirə olunub.
Akademik İsa Həbibbəyli bu mövzuda məruzənin Rəyasət Heyətinin iclasında ilk dəfə dinlənildiyini və Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq işlərinin bir parçası olduğunu söyləyib.

Mövzu ətrafında akademik Gövhər Baxşəliyeva, tarix elmləri doktoru Zemfira Hacıyeva, professor İsmayıl Kazımov, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli və başqaları çıxış ediblər.

İclasda, həmçinin bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın loqotipi (emblem) əmtəə nişanı və müəlliflik hüququ obyekti kimi dövlət qeydiyyatına alınıb. Əqli Mülkiyyət Agentliyi tərəfindən əmtəə nişanı şəhadətnaməsi və müəlliflik hüququ obyektlərinin hüquq sahiblərinə dövlət qeydiyyatı haqqında şəhadətnamə verilib.

Daha sonra Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi mərkəzlərinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatların nəticələrini təqdim edib.

Eyni zamanda, iclasda AMEA əməkdaşlarına 2024-cü ilin birinci yarısı üzrə impakt faktorlu jurnallarda dərc olunan məqalələrə görə mükafatların verilməsi haqqında məsələ müzakirə edilib. AMEA-nın akademik-katibi akademik Arif Həşimov impakt faktorlu jurnallarda məqalələri nəşr olunan alimlərin adlarını diqqətə çatdırıb.
İclasda müzakirə olunan növbəti məsələ AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) doktoranturanın yaradılması haqqında olub. RSXM-də aparılan fundamental tədqiqatların aktuallığını və elmi səviyyəsini, mərkəzin elmi kadr potensialını, prioritet elmi istiqamətlər üzrə əldə olunmuş nailiyyətlərini, mövcud maddi-texniki bazasını, dərc olunmuş elmi işlərini, beynəlxalq elmi layihə və proqramlarda iştirakını nəzərə alaraq, mərkəzdə doktoranturanın yaradılması haqqında qərar qəbul edilib və Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.

Daha sonra iclasda “Qərbi Azərbaycan Ensiklopediyasının sözlüyü”nün təsdiq edilməsi haqqında məsələ müzakirə olunub. Akademik İsa Həbibbəyli sözlüyün hazırlanması üçün yaradılmış İşçi qrup tərəfindən keçirilmiş müzakirələr nəticəsində Rəyasət Heyətinə 2595 sözdən ibarət sözlüyün təqdim olunduğunu diqqətə çatdırıb. Təqdim edilmiş sözlüyü nəzərdən keçirərək ixtisarlar və özünün əlavələrini etdiyini bildirən akademik İsa Həbibbəyli İşçi qrupun fəaliyyətini yüksək qiymətləndirib və sözlüyün ümumilikdə 2000 sözə endirilməsi ilə bağlı tapşırıqlarını verib.

Mövzu ilə bağlı çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, İşçi qrupun üzvü Əziz Ələkbərli İcmada bütün sahələr üzrə komissiyaların fəaliyyət göstərdiyini bildirib və sözlüyün AMEA rəhbərliyinin və həmin komissiyaların iştirakı ilə yekun müzakirəsinin keçirilməsini təklif edib.
İclasda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradılması məsələsi də müzakirə olunub. Qeyd olunub ki, zəngin elmi-mədəni irsə, fəlsəfi düşüncə tarixinə malik türk xalqlarının fəlsəfi fikir tarixinin araşdırılması, xüsusilə də müasir dövrün tələbləri kontekstində öyrənilməsi türk birliyinin təməl prinsiplərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Türk dünyasının keçmişdən günümüzədək mədəni, fəlsəfi irsinin öyrənilməsi, başqa sözlə, ortaq təfəkkürünün, düşüncəsinin tədqiqi vacib amillərdən biridir. Həmçinin türk xalqlarının ayrı-ayrı mütəfəkkirlərinin fəlsəfi fikirlərinin vahid şəkildə formalaşması aktuallıq kəsb edir.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Həyəti tərəfindən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsi yaradılıb.

İclasda, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində AMEA-nın fəaliyyətini əks etdirən audio və videomaterialların qorunması məqsədilə daxili imkanlar hesabına Elm TV və multimedia fondunun yaradılması, AMEA üzrə çoxcildlik elmi əsərlərin siyahısının və nəşr planının təsdiq edilməsi, “AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Əsasnaməsi”nin təsdiq edilməsi, Arxeologiya və Antropologiya İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiqlənməsi haqqında qərarlar qəbul olunub.

Eyni zamanda, iclasda Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində RSXM-nin birlikdə inşa etdiyi Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyasının bazasında Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzinin yaradılması haqqında məsələ müzakirə olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Şuşa rayonunda quraşdırılmış seysmik stansiya, onun fəaliyyəti, yeni yaradılacaq mərkəzin binasının yerləşəcəyi yer və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinə və İspaniyada keçirilmiş “Biokimya, struktur və molekulyar biologiya üzrə beynəlxalq konqres”ə ezamiyyətinin yekunları haqqında məlumat verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günayın narkotik istifadəçisi olduğunu İDDİA ETDİ - FOTO

Günayın narkotik istifadəçisi olduğunu İDDİA ETDİ - FOTO

“Putin heç vaxt öz insanlarının həyatını hesaba qatmayıb” - Zelenski

“Putin heç vaxt öz insanlarının həyatını hesaba qatmayıb” - Zelenski

İkinci Liqa: Liderdən böyükhesablı qələbə

İkinci Liqa: Liderdən böyükhesablı qələbə

Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın vəfat etdi - FOTO

Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın vəfat etdi - FOTO

Səhnəyə qayıdan Rəqsanə hönkür-hönkür AĞLADI - VİDEO

Səhnəyə qayıdan Rəqsanə hönkür-hönkür AĞLADI - VİDEO

Göyçaydakı qəzada xəsarət alan şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB

Göyçaydakı qəzada xəsarət alan şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB

Ailəsi 14 yaşlı qızı təhsildən belə yayındırıbmış - RƏSMİ

Ailəsi 14 yaşlı qızı təhsildən belə yayındırıbmış - RƏSMİ

Mbabpe məhkəmədə PSJ-yə QALİB GƏLDİ

Mbabpe məhkəmədə PSJ-yə QALİB GƏLDİ

Səudiyyə Ərəbistanına məxsus şirkət “Lukoyl”un səhmlərinə NAMİZƏDDİR

Səudiyyə Ərəbistanına məxsus şirkət “Lukoyl”un səhmlərinə NAMİZƏDDİR

Elektron siqaretlərin satışı qadağan edilə bilər

Elektron siqaretlərin satışı qadağan edilə bilər

Almamalı olduğunuz təhlükəli yolka BƏZƏKLƏRİ

Almamalı olduğunuz təhlükəli yolka BƏZƏKLƏRİ

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi

"On numara" ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlandı - FOTO

"On numara" ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlandı - FOTO

“ABŞ və Ukrayna nümayəndələri yenə görüşəcəklər” - Zelenski

“ABŞ və Ukrayna nümayəndələri yenə görüşəcəklər” - Zelenski

Bakının bu ərazilərində yaşayanların DİQQƏTİNƏ!

Bakının bu ərazilərində yaşayanların DİQQƏTİNƏ!

Vəfadan Afətə: “Sürüm-sürüm sürünsə də, onu bağışlamayacağam” - VİDEO

Vəfadan Afətə: “Sürüm-sürüm sürünsə də, onu bağışlamayacağam” - VİDEO

Ukrayna 15 Rusiya vətəndaşını Belarusa QAYTARDI

Ukrayna 15 Rusiya vətəndaşını Belarusa QAYTARDI

Maaşlar ödənilmədi, futbolçular klubu TƏRK ETDİ

Maaşlar ödənilmədi, futbolçular klubu TƏRK ETDİ

Vardanyanın məhkəmə istintaqı YEKUNLAŞDI - FOTO

Vardanyanın məhkəmə istintaqı YEKUNLAŞDI - FOTO

Bu 3 BÜRC qəzəblənəndə qaçın: Onların qəzəbi sərhəd tanımır

Bu 3 BÜRC qəzəblənəndə qaçın: Onların qəzəbi sərhəd tanımır

Salyan bazarında nöqsanlar aşkarlandı - FOTO/VİDEO

Salyan bazarında nöqsanlar aşkarlandı - FOTO/VİDEO

Qusarın Girik kəndi sakinlərinin problem və təklifləri dinlənildi - FOTO

Qusarın Girik kəndi sakinlərinin problem və təklifləri dinlənildi - FOTO

FİFA seçimləri: Dünyada ilin ən yaxşı qapıçısı o oldu - FOTO

FİFA seçimləri: Dünyada ilin ən yaxşı qapıçısı o oldu - FOTO

Laçın-Şuşa yolunda yük maşını aşıb, yol bağlanıb - FOTO

Laçın-Şuşa yolunda yük maşını aşıb, yol bağlanıb - FOTO

End of content

No more pages to load

RADİO