Samuxda 48 yaşlı kişi ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.
Kənd sakini 1976-cı il təvəllüdlü Ceyhun İsmayılov siqaret çəkən zaman əlində olan benzinə ehtiyatsızlıqdan od düşüb.
Zərərçəkən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu