Beyləqan rayonunda azyaşlı uşaq cərəyan vurmadan həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Birinci Aşıqlı kəndində qeydə alınıb.
Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, Əhmədova Nigar Mais qızı cərəyan vurması diaqnozu ilə xəstəxanaya gətirilib, ancaq onun həkim nəzarətinə çatdırılana qədər həyatını itirdiyi məlum olub.
Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başlanılıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu