Azərbaycanın 9 universitetinin Avropada REYTİNQİ - FOTO

Ali təhsil sahəsi üzrə dünyanın aparıcı tədqiqat və reytinq siyahılarını təqdim edən “QS Quacquarelli Symonds” təşkilatı Avropanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, sözügedən siyahıda təmsil olunan Azərbaycanın 9 universitetindən 7-nin mövqeyində ötən ilə nisbətən irəliləmə müşahidə edilib.

Sumqayıt Dövlət Universiteti isə ilk dəfə “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”na daxil olub.

Reytinqdə təmsil olunan bütün Azərbaycan universitetlərinin “Akademik nüfuz” və “İşəgötürənlər arasında nüfuz” göstəriciləri yaxşılaşıb. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti “Akademik nüfuz” indikatoru üzrə Avropanın 200 ən yaxşı universiteti siyahısına, “Müəllim-tələbə nisbəti” indikatoru üzrə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti Avropanın 100 ən yaxşı universiteti siyahısına daxil olub.

“Məşğulluq nəticələri” indikatoru da Azərbaycan universitetlərinin yüksək nəticələr əldə etdiyi istiqamətlərdən biridir. “Məzunların məşğulluğu” göstəricisi üzrə Bakı Dövlət Universiteti, “İşəgötürənlər arasında nüfuz” indikatoru üzrə isə Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə 1-ci yerdədir.
Ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi zamanı istifadə olunan “Beynəlxalq elmi əməkdaşlıq” indeksi üzrə Bakı Dövlət Universiteti Azərbaycan universitetləri arasında ən yüksək göstəriciyə malikdir. Xəzər Universiteti isə “Məqalə üzrə istinad sayı” indikatoru üzrə Avropanın 20 ən yaxşı universiteti arasındadır.

“Dayanıqlı inkişaf məqsədləri sahəsində nailiyyətlər” indikatoru üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə ən yüksək mövqeni tutur.

Qeyd edək ki, “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Cənubi Qafqaz regionu üzrə Azərbaycan ən çox sayda universitetlə təmsil olunur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

ChatGPT rəhbərliyi: ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

ChatGPT rəhbərliyi: ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb

"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb

Vüsalə Səid 10 il sonra yenidən “Xəbər”də

Vüsalə Səid 10 il sonra yenidən “Xəbər”də

Astarada qayınata nəvələrinin gözü qarşısında gəlnini DÖYDÜ - VİDEO

Astarada qayınata nəvələrinin gözü qarşısında gəlnini DÖYDÜ - VİDEO

ABŞ pullu və sürətləndirilmiş viza proqramına başlayır

ABŞ pullu və sürətləndirilmiş viza proqramına başlayır

Bakıda taksi qiymətləri birdən-birə 50%-ə qədər qalxdı

Bakıda taksi qiymətləri birdən-birə 50%-ə qədər qalxdı

"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO

"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO

“Şamaxı”dan növbəti transfer

“Şamaxı”dan növbəti transfer

ABŞ nazirindən Hörmüzdən keçən gəmilərlə bağlı AÇIQLAMA

ABŞ nazirindən Hörmüzdən keçən gəmilərlə bağlı AÇIQLAMA

Ağdamda məktəbli qız Bərdə sakini ilə qoşulub QAÇDI

Ağdamda məktəbli qız Bərdə sakini ilə qoşulub QAÇDI

Türkiyə İrana YENİ SƏFİR təyin etdi

Türkiyə İrana YENİ SƏFİR təyin etdi

AFFA Mahirin millidəki bir gününü paylaşdı – VİDEO

AFFA Mahirin millidəki bir gününü paylaşdı – VİDEO

End of content

No more pages to load

RADİO