Bu gün Sfera.az xəbər portalının 9 yaşı tamam olur.
Bizim.Media xəbər verir ki, 2012-ci ilin bu günündə fəaliyyətə başlayan sayt ötən müddət ərzində özünəməxsus xəbərçilik tərzi ilə geniş oxucu kütləsini ətrafında birləşdirə bilib.
Xəbər portalı Azərbaycanda baş verən hadisələrlə bərabər, bütün dünyada baş verən ictimai, siyasi, sosial və mədəni hadisələri oxuculara təqdim edir.
Saytın auditoriyası yalnız ölkə vətəndaşlarından deyil, eyni zamanda dünyada yaşayan həmyerlilərimizdən təşkil olunub.
Qeyd edək ki, saytın təsisçisi Ozal Məmmədovdur.
Bizim.Media kollektivi adından Sfera.az saytının rəhbərliyini və əməkdaşlarını təbrik edir, Onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
Bizim.Media