Qida müəssisələrində qaçan SİÇOVULLAR  - Sahibkarlar nələrə diqqət ETMƏLİDİR? 

İyulun 8-də Bakı restoranlarının birinin mətbəxində yayılan video sosial şəbəkələrdə müzakirələrə və insanlar arasında narahatlığa səbəb olub. Belə ki, videoda restoranın mətbəxində siçovul gəzdiyi əks olunub. Həmin görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb. Onlar gülərək siçovulun haradan mətbəxə gəlməsi ilə bağlı bir-birilərinə suallar veriblər.

Qidalarda gəmiricilər problemi hər zaman aktual olaraq qalır. Sosial şəbəkələrdə tez-tez belə görüntülərə rast gəlirik. Qida müəssisələrində gəmiricilər qidaların üzərindədir, yaxud onların içərisindən çıxır.

Bəs bu kimi halların qarşısını almaq üçün müəssisə sahibləri nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı qida eksperti Ağa Səlimov Bizim Media-ya danışıb.

“İctimai iaşə müəissisəsi işlədən sahibkarlar ilk növbədə HACCP (Hazard Analysis and Critical Control Point – Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemini bərpa etməli və işə götürdükləri aşpazların da  HACCP təlimlərindən keçdikləri barədə şəhadətnamə tələb etməlidirlər. Bu sistemdə mütəmadi olaraq obyektin dərmanlanması, dərindən təmizlənməsi və dezinfeksiya edilməsi nəzərdə tutulur. Görünən odur ki, siçan aşkarlanan obyektdə dərindən təmizlənmə işləri aparılmayıb. Bu kimi obyektlər vaxtı-vaxtında xlorlanmalı, gəmiricilərə və böcəklərə qarşı dərmanlama prosesləri həyata keçirilməlidir. Çox vaxt sahibkarlar bunu ağır bir yük kimi görüb həyata keçirmirlər. Amma əslində bu, həm onların özlərinin, həm də müştərilərin təhlükəsizliyi üçün çox vacibdir. Müəssisələrin mətbəxlərində qida qalıqları olmamalıdır. Toz və bakteriya yükünü azaltmaq üçün mütəmadi olaraq təmizlik prosesləri həyata keçirilməlidir”.

Gəmiricilər bakteriyaları toxunduqları qidaya ötürürlər...

Qida mütəxəssisinin sözlərinə görə bütün iaşə müəssisələrinin rəhbərləri işçi heyətlərinə təlimlər keçirməyə maraqlı olmalıdırlar:

“İşçilərdən məsuliyyət tələb edilməlidir. Mütəmmadi olaraq rəhbərlik tərəfindən obyektə baxış keçirilməlidir. Gözləmək lazım deyil ki AQTA gəlsin və nəyisə yoxlasın, özləri baxış keçirməlidirlər. İşlərini planlamalı, kontrol etməli və qabaqlayıcı tədbirlər həyata keçirməlidirlər. Bütün bu qaydalara birmənalı olaraq əməl edilməlidir, çünki burda insan sağlamlığı, həyatı söz mövzusudur. Bu sistemdə səhv etmək kütləvi zəhərlənmə, hətta ölümlə nəticələnə bilər. Gəmiricilər bədənlərində gəzdirdikləri virus və bakteriyaların daşıyıcısıdırlar və o bakteriyaları toxunduqları qidaya ötürürlər. Bu da qida zəhərlənməsini ortaya çıxarır” , - deyə o bildirib.

Kafe və restoranlarda qidaların saxlanılma şəraitinə diqqət olunur?

Ağa Salamov həmçinin restoran və kafelərdə qidaların saxlanma şəraiti barədə danışıb:

“Kafe və restoranlarda qidaların saxlanılma şəraitinə də də xüsusi diqqət olunmalıdır. Toyuq, balıq, kərə yağı, ağartı məhsulları kimi qidaların restoranlara soyuducu sistemi ilə təchiz edilmiş maşınlarda çatdırılması vacib məsələdir. Qəbul olunan məhsullar məkanlarda düzgün şərtlər altında depolanmalı, saxlanılmalıdır. Soyuducuların dərəcələri saxlanılan qidalara görə tənzimlənməlidir. Yeməklərin bişirilməsi, soyudulması, isidilməsi, təqdimatı və.s kimi proseslər xüsusi diqqətlə həyata keçirilməlidir”

Qeyd edək ki, sözügedən restoranın fəaliyyəti dayandırılıb. Bu barədə  Qida Təhlükəsizliyi Agentliyindən  məlumat verilib. Bildirilib ki, haqqında danışılan müəssisədə AQTA əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

"Obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir", - deyə məlumatda qeyd olunur.

Çiçək Sadatova, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülər bu səhvlərə görə daha çox cərimələnir - AÇIQLAMA

Sürücülər bu səhvlərə görə daha çox cərimələnir - AÇIQLAMA

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

ChatGPT rəhbərliyi: ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

ChatGPT rəhbərliyi: ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb

"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb

Vüsalə Səid 10 il sonra yenidən “Xəbər”də

Vüsalə Səid 10 il sonra yenidən “Xəbər”də

Astarada qayınata nəvələrinin gözü qarşısında gəlnini DÖYDÜ - VİDEO

Astarada qayınata nəvələrinin gözü qarşısında gəlnini DÖYDÜ - VİDEO

ABŞ pullu və sürətləndirilmiş viza proqramına başlayır

ABŞ pullu və sürətləndirilmiş viza proqramına başlayır

Bakıda taksi qiymətləri birdən-birə 50%-ə qədər qalxdı

Bakıda taksi qiymətləri birdən-birə 50%-ə qədər qalxdı

"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO

"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO

“Şamaxı”dan növbəti transfer

“Şamaxı”dan növbəti transfer

ABŞ nazirindən Hörmüzdən keçən gəmilərlə bağlı AÇIQLAMA

ABŞ nazirindən Hörmüzdən keçən gəmilərlə bağlı AÇIQLAMA

Ağdamda məktəbli qız Bərdə sakini ilə qoşulub QAÇDI

Ağdamda məktəbli qız Bərdə sakini ilə qoşulub QAÇDI

Türkiyə İrana YENİ SƏFİR təyin etdi

Türkiyə İrana YENİ SƏFİR təyin etdi

End of content

No more pages to load

RADİO