Bu gün günorta saatlarında Lənkəranda şirkətə məxsus transformatorda ("Kontakt Home" mağazalar şəbəkəsinin Lənkəran filialının transformatorunda) yanğın baş verib.
Bizim.Media xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb, digər tikililərə keçməsinin qarşısı alınıb. Elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.
Sabutay, Bizim.Media, Cənub bürosu