Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq şairi Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunacaq.
Bu barədə Bizim.Media-ya AYB-dən məlumat verilib.
Bildirilib ki, xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da götürüləcək. Qeyd edək ki, F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Bizim.Media