Vətən müharibəsində hər iki gözünü itirmiş qazi Rəhman Nuriyevin yubileyi keçirilib – FOTO 

Kürdəmirdə 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin yubileyi qeyd edilib.

Bizim.Media xəbər verir ki, yubiley tədbiri Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı və Kürdəmir rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Tədbirdə ictimaiyyət nümayəndələri ilə yanaşı, Kürdəmir rayon icra hakimiyyətinin Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, ASAN xidmətin rəhbəri Ruslan Muradov, “ARB Günəş” televiziya kanalının rəhbəri Məhsim Məhsimov, Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayev və işçi heyəti,  mədəniyyət  xadimləri, onlarla qazi və Rəhman Nuriyevlə çiyin-çiyinə vuruşan döyüş yoldaşları iştirak ediblər.

30 yaşını qeyd edən qazi Rəhman Nuriyevə həsr olunmuş film nümayiş olunub. Film Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən gözünü vətənin azadlığı uğrunda itirən onlarla qazi və veteranlara həsr olunan silsilə filmlərdən biri, “Gözümün nuru Vətən” adlanır.
Tədbirin aparılıcılığı filmin müəllifi olan Gənc Tamaşaçılar Milli Teatrının aktrisası Simuzər  Atakişiyevaya həvalə edilib.

Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək cəmiyyətin göz işığını itirmiş qazilərə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdığını və daim öz dəstəyini göstərməyə hazır olduğunu bildirib. Həmçinin, Rəhman Nuriyevə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən Fəxri Fərman təqdim edilib.

Ölkəmizin tanınmış mədəniyyət nümayəndələri çıxış ediblər. Respublikanın Əməkdar artisti İlham Əsədov, Gülər Nəbiyeva, Aygün Fətullayeva vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Qeyd edək ki, 44 günlük uğurlu döyüş əməliyyatının qəhrəmanlarından biri olan Rəhman Nuriyev 1993-cü ildə zəhmətkeş ailədə dünyaya gəlib. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi sahəyə marağı onu Qarabağda hərbi hissələrdən birində gizir kimi xidmətə başlaması ilə nəticələnib.

Erməni təxribatı zamanı o, düşmənlə üz-üzə olan hərbi hissədə idi. Sentyabrın 27-də əks-hücum əməliyyatının ilk anlarından baş gizir kimi döyüşə atılıb.

Ermənistan ordusunun uzun illərdən bəri torpaqlarımızda qurduğu “keçilməz istehkamları” yarıb keçənlər sırasında döyüşən Rəhman Talış, Suqovuşan istiqamətlərindəki ağır döyüşlərdə Azərbaycan əsgərinə xas olan yüksək döyüşçü ruhu və bacarığı ilə seçilib.
Baş gizir Rəhman Nuriyev bir neçə dəfə yaralanıb, lakin yaraları yüngül olduğu üçün hospitala getməyib, yenidən döyüşə atılıb. Müharibənin onuncu günü o, partlayış nəticəsində çoxsaylı qəlpə yarası alıb və Bərdə rayonundakı hospitala gətirilib. Həkimlərin səyi ilə Rəhman xilas olub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yayda azərbaycanlıların ən çox getdiyi ölkələr - SİYAHI

Yayda azərbaycanlıların ən çox getdiyi ölkələr - SİYAHI

Bu ərazilərdə QAZ yoxdur

Bu ərazilərdə QAZ yoxdur

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Kondisionersiz evi sərin saxlamağın yolları

Kondisionersiz evi sərin saxlamağın yolları

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

Ağdaşda yük maşını YANIB – VİDEO

Ağdaşda yük maşını YANIB – VİDEO

Futbol üzrə Dünya Çempionatının ilk günündə rekord qırıldı: Belə açılış görülməmişdi – İCMAL

Futbol üzrə Dünya Çempionatının ilk günündə rekord qırıldı: Belə açılış görülməmişdi – İCMAL

Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO

Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO

Sabah 15 mindən çox şəxs İMTAHAN verir

Sabah 15 mindən çox şəxs İMTAHAN verir

DÇ-2026 - Cənubi Koreya Çexiyaya qalib gəldi

DÇ-2026 - Cənubi Koreya Çexiyaya qalib gəldi

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ yayıldı - FOTOLAR

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ yayıldı - FOTOLAR

End of content

No more pages to load

RADİO