İnarə Vəliyevanın rəhbərlik etdiyi Agentlik şirkətlərə borcunu niyə ÖDƏMİR? – Şikayətə rəsmi CAVAB 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) təlim proqramı çərçivəsində əməkdaşlıq etdiyi şirkətlərin aylardır ödənişlərini vermir. Bu isə sahibkarların ciddi narazılığına çevrilib. İşlərini yekunlaşdıran 10-dan çox şirkət aylardır ki, ödənişlərini gözləyir. 

Bu barədə Bizim.Media-ya ödənişlərini ala bilməyən təlim mərkəzlərindən müraciət olunub.

Bildirdiklərinə görə göstərdikləri xidmət qarşılığında Agentlik onların ödənişlərini səbəbsiz yerə gecikdirir. İddialarına görə sözügedən ödənişlərlə bağlı sənədlər imzalanması üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyevadadır. O, isə məlum olmayan səbəbdən sənədi imzalamır.  

Şikayətçi şirkətlərin iddiasına görə Agentlikdə kağızla bağlı bürokratik əngəllər yaradılır. Hansı ki, sənədləşmə Agentlik sədrinin masasının üzərində olsa da, hansısa səbəbdən təsdiqlənmir.  

Məsələ ilə bağlı Bizim.Media İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə müraciət edib. Qurum şirkətlərə olan borclarının olduğunu təsdiqləsə də, gecikmənin səbəbini belə izah edib:

“Ödənişlərlə bağlı heç bir bürokratik əngəllər yoxdur. Hazırda ödəniş prosesi üzrə işlər aktiv şəkildə davam edir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müvafiq şöbələri lazımi sənədləri və aktları yoxlayır. Bu yoxlama dəqiqliyi və uyğunluğu təmin etmək üçün nəzərdə tutulmuş standart maliyyə prosedurudur. Qeyd edildiyi kimi, bu prosesə təsir edən əlavə prosedurlar və ya əngəllər yoxdur”.  

Kağızdan istifadə ilə bağlı məsələyə gəlincə Agentlikdən qeyd edilib ki, kağızdan istifadəni minimuma endirmək qurum üçün prioritet məsələdir:

“Davamlı olaraq daha çox rəqəmsal həlləri iş axınımıza inteqrasiya etməyə çalışırıq. Bununla belə, bəzi normativ tələblər və tənzimləmələr var ki, kağız sənədlərdən istifadəni və mərhələli addımları zəruri edir.  Onu da qeyd edək ki, Technest yarandığı gündən etibarən (2021-ci il,oktyabr) 8 mindən çox şəxsi İKT  üzrə təqaüdlü təlimlərə cəlb edib. Əmək bazarına uyğun olan məzunlarımızın 91%-i uğurla işlə təmin olunub. İKT sahəsində istedadların inkişaf etdirilməsi və işçi qüvvəsi ehtiyaclarının qarşılanması missiyası hər zaman bizim üçün prioritetdir. Mövcud proseslər missiyamıza mane olmaq yox, keyfiyyət göstəricilərinin artırılması məqsədilə həyata keçirilir. Biz iştirakçılarımıza yüksək keyfiyyətli təlim və karyera təmin etməyə çalışırıq”, - deyə Agentlikdən bildirilib.   

Qeyd edək ki, İRİA təsis etdiyi Technest təqaüd proqramı çərçivəsində ölkədə rəqəmsal texnalogiyaları sahəsində mütəxəsislərin yetişdirilməsi üçün çoxlu sayda təlim mərkəzləriylə tərəfdaşlıq edir. Hansı ki, bu günə kimi bu təqaüd proqramıyla çoxlu sayda vətəndaşlarımız müasir peşə bacarıqlarına yiyələnərək ölkəmizin inkişafına öz töhfəsini vermək üçün çalışır. 
Məlumat üçün onu da bildirək ki, yazı dərc olunan müddətə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən şikayətçi şirkətlərə ödəniş edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yayda azərbaycanlıların ən çox getdiyi ölkələr - SİYAHI

Yayda azərbaycanlıların ən çox getdiyi ölkələr - SİYAHI

Bu ərazilərdə QAZ yoxdur

Bu ərazilərdə QAZ yoxdur

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Kondisionersiz evi sərin saxlamağın yolları

Kondisionersiz evi sərin saxlamağın yolları

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

Ağdaşda yük maşını YANIB – VİDEO

Ağdaşda yük maşını YANIB – VİDEO

Futbol üzrə Dünya Çempionatının ilk günündə rekord qırıldı: Belə açılış görülməmişdi – İCMAL

Futbol üzrə Dünya Çempionatının ilk günündə rekord qırıldı: Belə açılış görülməmişdi – İCMAL

Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO

Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO

Sabah 15 mindən çox şəxs İMTAHAN verir

Sabah 15 mindən çox şəxs İMTAHAN verir

DÇ-2026 - Cənubi Koreya Çexiyaya qalib gəldi

DÇ-2026 - Cənubi Koreya Çexiyaya qalib gəldi

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ yayıldı - FOTOLAR

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ yayıldı - FOTOLAR

End of content

No more pages to load

RADİO