Nazirlər Kabinetindən elektrik şəbəkəsi ilə bağlı QƏRAR  

“Elektrik şəbəkəsinə dair Qaydalar” təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. 

Müəyyən edilib ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək “Elektrik şəbəkəsinə dair Qaydalar”da həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış informasiya sistemi, habelə birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçiriləcək. 

“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın təsdiq edilməsi və Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli və “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarlarının ləğv edilməsi barədə” Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarının 1-ci, 2-ci və 5-ci hissələri ləğv edilib. 

Bu Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minir. 

Bu Qaydalar "Elektroenergetika haqqında" qanuna uyğun olaraq elektroenergetika sisteminin planlaşdırılması, inkişafı, istehsal və saxlama güclərinin proqnozlaşdırılması, habelə elektrik şəbəkələrinə qoşulma, elektroenergetika sistemi rejimlərinin, o cümlədən əməliyyat rejiminin planlaşdırılması, habelə operativ-dispetçer idarəetməsi, əməliyyatın təhlükəsizliyi ilə bağlı elektroenergetika subyektləri, həmçinin həmin subyektlərlə istehlakçılar arasındakı qarşılıqlı münasibətlərin texniki aspektlərini tənzimləyir. 

Bu Qaydalar qüvvəyə mindiyi gündən onun müddəaları şəbəkəyə qoşulan yeni istifadəçilərə şamil olunur. Bu Qaydaların tələblərinə tam cavab verməyən, lakin Qaydalar qüvvəyə minənədək mövcud olmuş istifadəçilər şəbəkədə fəaliyyətlərini keçid dövrü ərzində davam etdirə bilərlər. Bu halda onlar qoşulduqları tarixə qüvvədə olan tələblərə uyğunluğun təmin edilməsinə, elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, habelə Tənzimləyicinin yazılı göstərişlərinə əməl etməlidirlər. 

169.3. Keçid müddəti ərzində bu Qaydalarla müəyyən edilmiş elektrik qurğularına dair istisnalar gələcək istifadəçi tərəfindən tətbiqi gözlənilən yeni elektrik qurğu və avadanlıqlarına da şamil edilir.
Həmin bəndin tətbiqi üçün müqavilə bağlanıldığı günün tələblərinə cavab verən elektrik qurğu və avadanlıqlarının yeni tələblərə uyğunlaşdırılması məqsədilə gələcək istifadəçi tərəfindən həyata keçirilən satınalmaların təfərrüatları (müqavilənin bağlanma tarixi, nömrəsi, qüvvəyə minmə tarixi, icra müddəti, sistem operatorunun adı, malların adı), habelə satın alınan malların tətbiqi nəticəsində gələcək istifadəçiyə məxsus mövcud elektrik qurğu və avadanlıqlarının yeni tələblərə uyğunlaşdırılacağını sübut edən dəlillər 3 aydan gec olmayaraq həmin gələcək istifadəçi tərəfindən sistem operatoruna təqdim edilərək möhlət istənilməlidir. 
İstifadəçi bu Qaydalar qüvvəyə mindiyi tarixdən sonra 3 il ərzində elektrik qurğu və avadanlıqlarının bu Qaydaların tələblərinə tam cavab verməsini təmin etməlidir. 

Bu Qaydalar qüvvəyə minəndən sonra şəbəkəyə qoşulan elektrik qurğularında aparılan modifikasiya qoşulma müqaviləsində dəyişiklik tələb etdikdə bu hal yeni elektrik qurğusunun şəbəkəyə qoşulması kimi rəsmiləşdirilməli və həmin qurğu bu Qaydaların tələblərinə cavab verməlidir. Bu Qaydaların qüvvəyə minməsindən sonra köhnələrini əvəz edən yeni elektrik qurğuları bu Qaydaların tələblərinə cavab verməlidir. 

Bu Qaydalar qüvvəyə minənədək şəbəkəyə qoşulmuş (sayğac quraşdırılmış) istehlakçılara onun müddəaları şamil edilmir.

Həmin istehlakçıların əlavə güc alması bu Qaydalara uyğun olaraq həyata keçirilir. Bu Qaydalar qüvvəyə minənədək şəbəkəyə qoşulmuş istehsalçıların, elektrik enerjisinin saxlanılması fəaliyyəti ilə məşğul olan şəxslərin və istehlakçıların əlavə güc alması və onların müraciəti ilə qoşulma nöqtəsinin dəyişdirilməsi və ya qoşulma nöqtəsində dəyişikliklərin edilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir. 

Paylayıcı sistem operatoru (PSO) öz konkret vəzifəsinin icrası bilavasitə ötürücü şəbəkənin tənzimlənməsinə təsir edirsə və elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktla və ya normativ xarakterli aktla başqa hal nəzərdə tutulmayıbsa, ötürücü sistem operatorunun (ÖSO) ötürücü şəbəkənin tənzimlənməsinə dair müəyyən etdiyi şərtləri nəzərə almalıdır.
İstehsal qurğularının şəbəkəyə qoşulmasına dair bu Qaydalarla müəyyən edilən tələblər bu Qaydalar qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan (istismarçısının şəbəkəyə çıxış hüququ olan) güc generasiya moduluna (GGM) şamil edilir. Enerjisaxlama qurğuları və sistemləri ilə bağlı texniki tələblər qoşulma müqaviləsinin şərtləri ilə tənzimlənir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ərazilərdə QAZ yoxdur

Bu ərazilərdə QAZ yoxdur

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Kondisionersiz evi sərin saxlamağın yolları

Kondisionersiz evi sərin saxlamağın yolları

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

Ağdaşda yük maşını YANIB – VİDEO

Ağdaşda yük maşını YANIB – VİDEO

Futbol üzrə Dünya Çempionatının ilk günündə rekord qırıldı: Belə açılış görülməmişdi – İCMAL

Futbol üzrə Dünya Çempionatının ilk günündə rekord qırıldı: Belə açılış görülməmişdi – İCMAL

Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO

Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO

Sabah 15 mindən çox şəxs İMTAHAN verir

Sabah 15 mindən çox şəxs İMTAHAN verir

DÇ-2026 - Cənubi Koreya Çexiyaya qalib gəldi

DÇ-2026 - Cənubi Koreya Çexiyaya qalib gəldi

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ yayıldı - FOTOLAR

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ yayıldı - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

End of content

No more pages to load

RADİO