Üç nazirlik istilərlə bağlı əhaliyə MÜRACİƏT ETDİ 

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə birgə müraciət ünvanlayıblar.

Bizim.Media xəbər verir ki, müraciətdə yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalının artdığı bildirilib. 

"Aidiyyəti qurumlar tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, meşə və kənd təsərrüfatı sahələrində baş vermiş yanğınların təhlili onların əsas səbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlər tərəfindən sahələrin yandırılması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışı olduğunu göstərir.

Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər". 

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırır. 

"Ölkəmizə, həmçinin insanların həyat və sağlamlığına zərər vurmamaq üçün taxıl zəmilərində və meşələrdə açıq alovdan istifadə etməyin, bu ərazilərdə tonqal qalamayın, tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın.
Küləkli havada xüsusilə diqqətli olun. Kiçik yanğın ocağı görərsinizsə, su, torpaq və ya qum ilə onu söndürməyə çalışın. Yanğın, yaxud onun əlamətlərini aşkarlasanız bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verin". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ərazilərdə QAZ yoxdur

Bu ərazilərdə QAZ yoxdur

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Kondisionersiz evi sərin saxlamağın yolları

Kondisionersiz evi sərin saxlamağın yolları

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

Ağdaşda yük maşını YANIB – VİDEO

Ağdaşda yük maşını YANIB – VİDEO

Futbol üzrə Dünya Çempionatının ilk günündə rekord qırıldı: Belə açılış görülməmişdi – İCMAL

Futbol üzrə Dünya Çempionatının ilk günündə rekord qırıldı: Belə açılış görülməmişdi – İCMAL

Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO

Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO

Sabah 15 mindən çox şəxs İMTAHAN verir

Sabah 15 mindən çox şəxs İMTAHAN verir

DÇ-2026 - Cənubi Koreya Çexiyaya qalib gəldi

DÇ-2026 - Cənubi Koreya Çexiyaya qalib gəldi

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ yayıldı - FOTOLAR

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ yayıldı - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

End of content

No more pages to load

RADİO