İyulun 4-də 1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılovun Masallı rayonunun Qızılağac kəndi ərazisində elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd edilib ki, kişinin almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media