Bakı metrosunda qatarlarının əsas dayanacaq yeri olan daha üç qanovda təmir işləri yekunlaşıb.
"Bakı Metropoliteni" QSC-dən Bizim.Media-ya verilən məlumata görə, ümumilikdə, bu günədək təmir olunan qanovların sayı 9-a çatdırılıb.
Yenidən qurulan qanovların elektrik və işıqlanma, həmçinin drenaj sistemləri tamamilə yenilənib.
Qanovlardan depo yollarına çıxan sahə də əsaslı şəkildə yenilənir. Burada yol yatağı, çınqıllı bünövrə üzərində qurulur, dəmir-beton şpallar düzülür.
Depo və park yollarında dəmir-beton şpalların tətbiqi də genişləndirilib və bu günə qədər 6 minə qədər ağac-şpal dəmir-beton analoqu ilə əvəzlənib. Tədbirlər çərçivəsində yolun üst quruluşu avadanlıqları və təmas relsi də yenilənir.
Bizim.Media