Polad Həşimovun anası DANIŞDI - ''Müharibədə bizi dəstəkləməyən İranın səmimiyyətinə inanmıram''

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İranın Azərbaycandakı səlahiyyətli səfiri və ali dini lideri Ayətullah Seyid Əli Xamneinin nümayəndəsi general Polad Həşimovun ailəsini ziyarət edərək, xanımına və övladlarına Qasim Süleymani adına lövhəni və medalı təqdim edib.

Məlum təqdimat Azərbaycan cəmiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Həmçinin, ötən gün sosial şəbəkələrdə generalın anası Səmayə Həşimovanın “İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyəti qurumlardan medalı geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm”, –  statusu paylaşılıb ki, bu da insanlar arasında fikir ayrılıqları yaradıb.

Bizim.Media xəbər verir ki, konkret.az  məsələyə daha ətraflı aydınlıq gətirməsi üçün mərhum generalın anası Səmayə Həşimova ilə əlaqə saxlayıb.

Səmayə ana 30 ildə Ermənistanı maddi-mənəvi olaraq dəstəkləyən, hər il “erməni soyqırımı” abidəsini ziyarət edən, 44 günlük müharibədə bizə heç bir dəstək verməyən bir ölkəninin atdığı belə bir addımın səmimiyyətinə güvənmədiklərini bildirib:

“Biz ölkəmizin yürütdüyü xarici siyasəti bütün gücümüzlə dəstəkləyirik. Son zamanlar bölgədə Azərbaycanın daha da guclənməsi bəzi daxili və xarici təxribatçı qüvvələrin xoşuna gəlmir. Onlar ölkəmizdə sabitliyi pozmaq üçün bütün vasitələrə əl atırlar. Şəxsən biz bu medal təqdimatının səmimiliyinə inanmırıq. Elə olsaydı, təqdimatda Azərbaycanın da rəsmi nümayəndələri və KİV-dən heç olmasa bir numayəndəsi iştirak edərdi”.

S.Həşımova onu da qeyd edib ki, belə bir təqdimat hətta sosial şəbəkələrdə insanlar arasında məzhəb mübahisələrinə qədər gətirib çıxarır ki, bu da xarici təxribat qüvvələrinin işinə yarıyır.

 “Azərbaycan bölgənin ən tolerant və stabil ölkəsidir. Burada dinindən və məzhəbindən asılı olmayaraq bütün insanlar azaddır. Bu isə bəzi qüvvələrin xoşuna gəlmir. Və onlar hər vəchlə burada çaxnaşma yaratmağa çalışırlar. Ona görə də biz ailəlikcə bu medalın geri qaytarılmasını tələb edirik”.

“Poladın adını siyasi oyunlara alət etməsinlər. Mənim oğlum Vətənin bütövlüyü uğrunda şəhid olub, başqa bir ölkənin torpağında vurulmayıb”, – deyən Səmayə ana aidiyyəti qurumların tezliklə məsələyə aydınlıq gətirəcəklərinə əminliyini də bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Evde Tək"in akrtyorları 35 il sonra BİR ARADA - FOTO

"Evde Tək"in akrtyorları 35 il sonra BİR ARADA - FOTO

“Tam aydın deyil, kim kimə hücum edib” — Orban Ukraynadakı müharibə HAQQINDA

“Tam aydın deyil, kim kimə hücum edib” — Orban Ukraynadakı müharibə HAQQINDA

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı - RƏSMİ

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı - RƏSMİ

Çexiya millisinin yeni baş məşqçisi AÇIQLANDI

Çexiya millisinin yeni baş məşqçisi AÇIQLANDI

Vardanyan haqqında çəkilən “The Oligarch’s Design” sənədli filminin nümayişi oldu - FOTO

Vardanyan haqqında çəkilən “The Oligarch’s Design” sənədli filminin nümayişi oldu - FOTO

Azərbaycanın müxtəlif istiqamətlərində avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanın müxtəlif istiqamətlərində avtobus marşrutları müsabiqəyə çıxarılır

“Youtube”un işində texniki nazaslıq YARANDI

“Youtube”un işində texniki nazaslıq YARANDI

Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın rolundan DANIŞDI

Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın rolundan DANIŞDI

Dörd gün əvvəl ayrıldığı kluba QAYITDI

Dörd gün əvvəl ayrıldığı kluba QAYITDI

Nadir QƏZƏBLƏNDİ: “Müasirlik TikTok-da pozğunluğu təbliğ etmək deyil” - VİDEO

Nadir QƏZƏBLƏNDİ: “Müasirlik TikTok-da pozğunluğu təbliğ etmək deyil” - VİDEO

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

"İldə bir dəfə plastik-cərraha gedirik"

"İldə bir dəfə plastik-cərraha gedirik"

Məhkəmədə Arayikgilə son söz verilib - FOTO

Məhkəmədə Arayikgilə son söz verilib - FOTO

Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Quba”ya QALİB GƏLDİ

Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Quba”ya QALİB GƏLDİ

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası KEÇİRİLDİ

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası KEÇİRİLDİ

Pakistanlıya qarşı quldurluq edən şəxsə HÖKM OXUNDU

Pakistanlıya qarşı quldurluq edən şəxsə HÖKM OXUNDU

Birinci Liqa: “Şəfa” qələbə qazandı - VİDEO

Birinci Liqa: “Şəfa” qələbə qazandı - VİDEO

İtikin düşən digər balıqçının meyiti İranda tapıldı - VİDEO

İtikin düşən digər balıqçının meyiti İranda tapıldı - VİDEO

Şirvanda ərzaq bazarında nöqsanlar aşkarlandı - FOTO

Şirvanda ərzaq bazarında nöqsanlar aşkarlandı - FOTO

Ticarət mərkəzində 27 yaşlı kişi insanlara hücum edib, ölən və yaralılar var - VİDEO

Ticarət mərkəzində 27 yaşlı kişi insanlara hücum edib, ölən və yaralılar var - VİDEO

Azərbaycanda FİFA referilərinin sayı ARTDI

Azərbaycanda FİFA referilərinin sayı ARTDI

End of content

No more pages to load

RADİO