Səhər saatlarında yol qəzasında faciəvi şəkildə vəfat edən Aslan Hüseynovun son statusunu 1 həftə bundan əvvəl vəfat edən anasına həsr edib.
Bizim.Media xəbər verir ki, o, aprelin 26-da vəfat edən anasının fotosunu İnstagram səhifəsində paylaşaraq, bu sözləri qeyd edib:
“Allah sənə rəhmət etsin, inşallah”.
Dörd gün əvvəl paylaşdığı bu status mərhum Aslan Hüseynovun son statusudur. Qeyd edək ki, A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW" markalı, 99 HS 789 nömrə nişanlı avtomobillə qarşıda hərəkət edən "Kamaz" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində ifaçı və yanında olan sərnişin vəfat edib.
Xatırladaq ki, 55 yaşında olan Aslan Hüseynovun 2 övladı var.
Bizim.Media
