Paket çaylarla bağlı XƏBƏRDARLIQ – Xərçəng yaradır

Çay bir çox dərdin dərmanıdır. Onun faydaları haqqında çox danışmaq olar. Amma çayın zərərli tərəfləri də var. Xüsusilə də, paket çaylar insan orqanizmi üçün ciddi təhlükə mənbəyidir. 

Məlumat üçün bildirək ki, paket çaylar ilk dəfə olaraq ABŞ-da 1908-ci ildə istehsal edilib. Xüsusilə işləyən insanlar, ofisdə çay dəmləməyə imkanı olmayanlar, yaxud paket çaylardan istifadənin rahat olduğunu düşünənlər bu çaylara üstünlük verir. 

Araşdırmalar hansı qorxulu faktları üzə çıxardı?

Ancaq alimlər müəyyən ediblər ki, insan orqanizminə tədricən və çox ağır şəkildə təsir göstərən məhsullardan biri də paket çaylardır. Bu çayların paketi qaynar suda dağılmasın deyə epiklorohidrin maddəsindən hazırlanır. Hansı ki, həmin maddədən həşaratlara qarşı hazırlanan dərmanlarda daha çox istifadə edilir. Epiklorohidrinlər qaynar su ilə reaksiyaya girəndə qorxunc xəstəliklərin yaradıcısına çevrilir.

Kanadada həyata keçirilən araşdırmada bir paket çayın tərkibində milyardlarla mikroplastik parçası aşkar edilib. Araşdırmaçılar qaynar suda 5 dəqiqə dəmlənmiş 4 fərqli paket çayı test edib. Paketlərdə olan plastiklər görməyə mane olduğu üçün paketlərdən çay yarpaqları çıxarılıb. Çay dəmləndikdən sonra elektron mikroskopla test edilib. Belə ki, 1 stəkan qaynar suya salınmış paket çayda 11,6 milyard mikroplastik və 3,1 milyard nanoplastik müşahidə edilib. Hesablamalara görə, bir insan bütün həyatı boyu 50 min mikroplastik parçası udur.    

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, indiki dönəmdə insanlar rahatlıq üçün paket çaylardan daha çox istifadə edirlər:

“Halbuki, bu çayların insan orqanizminə çox ciddi ziyanları var. Ən böyük ziyan məhz paketin özüdür. Bu paketlərin hazırlanmasında plastik materialdan istifadə olunur. Həmin material da isti su ilə reaksiyaya girərək nano hissəcik şəklində suya yayılır. Çayı içəndə də ziyanlı maddələr orqanizmimizə daxil olur. Hər gün paket çaylardan istifadə edən insanlarda tədricən ürək-damar sistemində tıxanıqlıq yaranır. Bu da bir çox hallarda ürəyin dayanmasına belə səbəb ola bilir”.

“Xərçəng xəstəliyinə səbəb olur”

Məhsəti Hüseynova onu da qeyd edib ki, paket çayların digər ziyanı onun hazırlanmasında istifadə edilən kimyəvi maddələrdir:

“Nəzərə alaq ki, paketdəki çayların kiflənməməsi və ətir verməsi üçün müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr insan orqanizmində çox ciddi fəsadlar yaradır və hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Çünki paket çaylarının hazırlanmasında fərqli kimyəvi aromizatorlardan və sintetik mənşəli boyalardan istfadə edilir. 

Təsadüfi deyil ki, paket çayı dəmləməyə ehtiyac qalmır. Paketi suya salan kimi rəng dəyişir. Bu da insanlarda mədə-bağırsaq problemlərinin yaranmasına gətirib çıxarır.

Bu da immun sistemini pozur. Kimyəvi maddələr bir çox hallarda həzm sistemində bədxassəli şişlərin yaranmasına səbəb olur. 

Yeniyetmə yaşlarında bu çaydan çox istifadə edənlərdə hormonal pozuntular, orta və yaşlı nəsillərdə isə yaddaş zəifliyi ortaya çıxır. Yaxşı olar ki, açıq çaylardan daha çox istifadə edilsin”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ərazilərdə QAZ yoxdur

Bu ərazilərdə QAZ yoxdur

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Prezidentin köməkçisi – Aqrar sektorda inqilabi dəyişikliklər əldə olunub

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

“"Son zəng" günü sükan arxasına keçməyin" – Yol Polisindən ÇAĞIRIŞ

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Rahibə olmaq istəyirdi, supermodel oldu - Dünyanın ən gözəl qadını 45 yaşında

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Yeni doğulmuş körpəsini itlərə yedirdib

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO

Kondisionersiz evi sərin saxlamağın yolları

Kondisionersiz evi sərin saxlamağın yolları

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Azərbaycanda piylənmədən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

Gəncəçayın suyu son illərin ən yüksək səviyyəsinə çatdı – VİDEO

Ağdaşda yük maşını YANIB – VİDEO

Ağdaşda yük maşını YANIB – VİDEO

Futbol üzrə Dünya Çempionatının ilk günündə rekord qırıldı: Belə açılış görülməmişdi – İCMAL

Futbol üzrə Dünya Çempionatının ilk günündə rekord qırıldı: Belə açılış görülməmişdi – İCMAL

Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO

Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO

Sabah 15 mindən çox şəxs İMTAHAN verir

Sabah 15 mindən çox şəxs İMTAHAN verir

DÇ-2026 - Cənubi Koreya Çexiyaya qalib gəldi

DÇ-2026 - Cənubi Koreya Çexiyaya qalib gəldi

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ yayıldı - FOTOLAR

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ yayıldı - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

End of content

No more pages to load

RADİO