Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verildi

Media nümayəndələrinin COP29-a akkreditasiyası üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) akkreditasiya platforması fəaliyyətə başlayıb.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iyulun 2-dən etibarən portal vasitəsilə dünyanın hər yerindən media nümayəndələri UNFCCC Katibliyinə akkreditasiya üçün müraciət edə bilər.

COP29 konfransı media nümayəndələri üçün planetimizin gələcəyini formalaşdıracaq konstruktiv müzakirələr, əlamətdar qərarlar və dayanıqlı gələcək üçün atılan birgə addımları dünya ictimaiyyətinə çatdırmağa unikal imkan yaradacaq. 

Belə ki, COP29-a akkreditə olunmuş jurnalistlər konfrans çərçivəsində media üçün nəzərdə tutulan peşəkar məzmun və infrastruktura birbaşa çıxış əldə etməklə yüksək səviyyəli danışıqları əyani və ya onlayn şəkildə izləmək, konfransın rəsmi proqramına birbaşa çıxış əldə etmək, iqlim dəyişmələri sahəsində elmi və texnoloji yeniliklərdən xəbərdar olmaq kimi bir sıra imkanlardan, eləcə də konfransın rəqəmsal qlobal auditoriya platformasından yararlana biləcəklər. 

COP29-un Yaşıl və Mavi zonalarına giriş imkanı yaradan akkreditasiya ilə jurnalistlər, həmçinin tədbir çərçivəsində təşkil ediləcək mətbuat konfransları, brifinqlər və digər media tədbirlərinə qatıla biləcək, eyni zamanda tədbir məkanında yerləşən mətbuat mərkəzlərinə və media zonalara giriş əldə edəcəklər. Yaşıl zonaya girişi təmin edən akkreditasiya növü üzrə isə qeydiyyat COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən aparılacaq və yaxın zamanda elan olunacaq.

UNFCCC tərəfindən müəyyən edilmiş tələb və prosedurlara əsasən təşkil olunan akkreditasiya prosesi Konvensiyanın rəsmi saytında mövcud olan qeydiyyat portalı vasitəsilə aparılır. Akkreditasiya çap və onlayn media orqanları, televiziya və radio təmsilçiləri, fotojurnalistlər və digər media nümayəndələrinə təqdim olunacaq. 
Elektron platformada qeydə alınan ərizələr UNFCCC tərəfindən qiymətləndiriləcək və akkreditasiya meyarlarına cavab verən media nümayəndələri təsdiq bildirişini aldıqdan sonra asanlıqla qeydiyyatı tamamlaya biləcək.

Hər bir COP konfransında olduğu kimi, bu il keçiriləcək COP29-a da geniş miqyasda media nümayəndələrinin qatılması gözlənilir. Bu səbəbdən, media iştirakçılığının səmərəli təşkilinin təmin edilməsi və bütün lazımi texniki hazırlıqların icrası üçün müraciətlərin qısa müddət ərzində təqdim edilməsi tövsiyə olunur.

Prosedurla bağlı daha ətraflı məlumat əldə etmək üçün [email protected]  elektron ünvanına müraciət oluna bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Bakıda gizli ikinci telefon işlədən 41 yaşlı qadın döyüldü

Bakıda gizli ikinci telefon işlədən 41 yaşlı qadın döyüldü

Bitcoində rekord UCUZLAŞMA - Proses hansı səviyyəyə qədər davam edə bilər?

Bitcoində rekord UCUZLAŞMA - Proses hansı səviyyəyə qədər davam edə bilər?

Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir

Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir

Sosial şəbəkələrdə ekspertlik edənlərə diplom tələbi qoyulsun – Deputatdan təklif

Sosial şəbəkələrdə ekspertlik edənlərə diplom tələbi qoyulsun – Deputatdan təklif

Jurnalistlər üçün insan hüquqları və etik standartlarla bağlı təlim keçirilir - FOTO

Jurnalistlər üçün insan hüquqları və etik standartlarla bağlı təlim keçirilir - FOTO

Evli qadını qaçıran sabiq şöbə müdirinə yeni cinayət işi açıldı

Evli qadını qaçıran sabiq şöbə müdirinə yeni cinayət işi açıldı

“Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır

“Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır

Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin rəhbəri özünü qismən günahkar bilib - MƏHKƏMƏ

Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin rəhbəri özünü qismən günahkar bilib - MƏHKƏMƏ

Sosial şəbəkələrə YENİ TƏLƏBLƏR - Yaş məhdudiyyəti qaydalarını pozanlarla bağlı cərimələr BƏLLİ OLDU

Sosial şəbəkələrə YENİ TƏLƏBLƏR - Yaş məhdudiyyəti qaydalarını pozanlarla bağlı cərimələr BƏLLİ OLDU

16 yaşa qədər uşaqların sosial şəbəkədən istifadəsi QADAĞAN OLUNUR

16 yaşa qədər uşaqların sosial şəbəkədən istifadəsi QADAĞAN OLUNUR

Bir sıra xəbər saytlarında pozuntular aşkarlanıb

Bir sıra xəbər saytlarında pozuntular aşkarlanıb

Sürücülük hüququ ömürlük veriləcək?

Sürücülük hüququ ömürlük veriləcək?

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Vellinqton hava limanında YANĞIN - Sərnişinlər təxliyə edilib

Vellinqton hava limanında YANĞIN - Sərnişinlər təxliyə edilib

Premium təmir, geniş infrastruktur və sərfəli şərtlər bir layihədə - “City Garden Narimanov”

Premium təmir, geniş infrastruktur və sərfəli şərtlər bir layihədə - “City Garden Narimanov”

Həftə sonu bürcləri nə gözləyir? - Hansı bürclər xoş xəbər alacaq?

Həftə sonu bürcləri nə gözləyir? - Hansı bürclər xoş xəbər alacaq?

Köhnə binalarda mənzillər UCUZLAŞACAQ

Köhnə binalarda mənzillər UCUZLAŞACAQ

Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir

Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir

Şuşada yerləşən abidələrlə bağlı QƏRAR

Şuşada yerləşən abidələrlə bağlı QƏRAR

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb – AÇIQLAMA

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb – AÇIQLAMA

Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

End of content

No more pages to load

RADİO