Lerikdə mollanın törətdiyi qətlin üstünü uşaq açdı - TƏFƏRRÜATLAR

Aprelin 28-də Lerik rayonunun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində qətlə yetirilməsi ilə bağlı təfərrüatlar məlum olub.

Bizim.Media bildirir ki, qətlə yetirilən qadının yaxınlarının verdiyi məlumatına görə, Z. Fərzəliyevanı öz qohumu öldürüb:

"1971-ci il təvəllüdlü Mürad Əsgərov qadının evinə əvvəllər də hücum edərək onunla cinsi əlaqədə olmağa cəhd edibmiş. Lakin onun cəhdi alınmayıb. Z.Fərzəliyeva 3 uşaq anasıdır, bir oğlu cəbhə bölgəsində həqiqi hərbi xidmətdə, bir oğlu isə Bakıda işləyir. Qadının bir oğlu isə yanında qalırmış. Z.Fərzəliyevanın həyat yoldaşı isə mövsümi işlə bağlı Rusiyada işləməyə gedib.

Hadisə baş verən gün Murad Əsgərov kənd ərazisində özünəməxsus torpaq sahəsində işləyərkən Z.Fərzəliyevanın oğlunun meşəyə odun yığmağa getdiyini görüb. Fürsətdən istifadə edən M.Əsgərov qadının evdə tək olduğunu bilib və onun evinə gedib. Evə daxil olan M.Əsgərov cibindəki bıçaqla qadını qorxudaraq onunla cinsi əlaqədə olmasını tələb edib. Qadın qışqıraraq evdən qaçmağa cəhd edərkən M.Əsgərov onu boğazından tutmaq istəyərkən bıçaq qadının boğazına batıb. Qadına xəsarət yetirdiyini görən M.Əsgərov işin üstünün açşılacağını düşünüb və bu məqsədlə də qadını qətlə yetirərək izi itirmək istəyib. Bu məqsədlə M.Əsgərov yaralı qadına ürək və boğaz nayihəsindən 7 bıçaq zərbəsi endirərək onu xüsusi amansızlıqla qətlə yetirib hadisə yerindən qaçıb".

Qohumlarının dediyinə görə, M.Əsgərov qətlə yetirdiyi qadının qohumudur:

"Zəkifə Muradın qardaşının baldızıdır və Muradın qardaşıgil Şirvan şəhərində yaşayır. Murad özü də Şirvan şəhərində yaşayıb və son 15 ildə Lerik rayonuna köçüb. Kəndə köçəndən Murad kənd qəbirstanlığında yasin oxumaqla pul qazanırmış".

Məlumata görə. qətl hadisəsinin üstünü də azyaşlı uşaq açıb:

"Murad əlləri qanlı baldızıgilin həyətyanı sahəsinə gəlib əlləri və üstündəki qan izlərini yuyanda baldızının 5 yaşlı oğlu onu görüb. Uşaq axşam saatlarında evdə olarkən valideynlərinə məlumat verib ki, Murad əlləri və üstü qanlı halda onların həyətinə gəlib yuyunub. Bundan sonra hadisənin üstü açılıb və ailə polisə məlumat verib. Polis uşaqla söhbət aparandan sonra Murad Əsgərov şübhəli şəxs qismində saxlanılıb. O, polisə hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

"İldə bir dəfə plastik-cərraha gedirik"

"İldə bir dəfə plastik-cərraha gedirik"

Məhkəmədə Arayikgilə son söz verilib - FOTO

Məhkəmədə Arayikgilə son söz verilib - FOTO

Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Quba”ya QALİB GƏLDİ

Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Quba”ya QALİB GƏLDİ

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası KEÇİRİLDİ

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası KEÇİRİLDİ

Pakistanlıya qarşı quldurluq edən şəxsə HÖKM OXUNDU

Pakistanlıya qarşı quldurluq edən şəxsə HÖKM OXUNDU

Birinci Liqa: “Şəfa” qələbə qazandı - VİDEO

Birinci Liqa: “Şəfa” qələbə qazandı - VİDEO

İtikin düşən digər balıqçının meyiti İranda tapıldı - VİDEO

İtikin düşən digər balıqçının meyiti İranda tapıldı - VİDEO

Şirvanda ərzaq bazarında nöqsanlar aşkarlandı - FOTO

Şirvanda ərzaq bazarında nöqsanlar aşkarlandı - FOTO

Ticarət mərkəzində 27 yaşlı kişi insanlara hücum edib, ölən və yaralılar var - VİDEO

Ticarət mərkəzində 27 yaşlı kişi insanlara hücum edib, ölən və yaralılar var - VİDEO

Azərbaycanda FİFA referilərinin sayı ARTDI

Azərbaycanda FİFA referilərinin sayı ARTDI

Anar Əsədli məhkəmədə İFADƏ VERDİ

Anar Əsədli məhkəmədə İFADƏ VERDİ

“Rusiya kimi ölkəni məğlub etməyin mümkünlüyünə inanmaq ölümcül səhvdir” - Fitso

“Rusiya kimi ölkəni məğlub etməyin mümkünlüyünə inanmaq ölümcül səhvdir” - Fitso

Azərbaycanda xüsusi karantin rejiminin müddəti UZADILDI

Azərbaycanda xüsusi karantin rejiminin müddəti UZADILDI

Bu bürclər 2026-cı ildə evlənəcəkləri şəxslə görüşəcəklər

Bu bürclər 2026-cı ildə evlənəcəkləri şəxslə görüşəcəklər

Anri mükafatlandırıldı - FOTO

Anri mükafatlandırıldı - FOTO

Baş Prokurorluq Kamran Əsədov və digərləri barəsində cinayət işi ilə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq Kamran Əsədov və digərləri barəsində cinayət işi ilə bağlı MƏLUMAT YAYDI

Türkiyə ərazisində PUA qəzaya uğrayıb - FOTO

Türkiyə ərazisində PUA qəzaya uğrayıb - FOTO

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

"Qarabağ"dan zədəli futbolçularla bağlı AÇIQLAMA

"Qarabağ"dan zədəli futbolçularla bağlı AÇIQLAMA

Bakıda FACİƏ: Gənc qız 14-cü mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: Gənc qız 14-cü mərtəbədən yıxılıb öldü

End of content

No more pages to load

RADİO