Qarabağı dirçəldəcək iki nəhəng layihə – VİDEOREPORTAJ

İşğaldan azad edilmiş ərazilərin tikintisi və müasir infrastrukturun yaradılması prosesi sürətlə davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin təməlini qoyduğu Füzuli Beynəlxalq Hava Limanında, həmçinin Şuşaya çəkilən Zəfər yolunda tikinti prosesi demək olar ki, gecə-gündüz aparılır.

Bizim.Media xəbər verir ki, “Trend”in çəkiliş qrupu Füzuli Hava Limanının və Zəfər yolunun inşasını yerində izləyib, iş icraçıları və ekspertlərlə görüşüb, tikintinin detalları ilə maraqlanıb.

AZAL rəsmisi Valeh Əmiraslanov bildirib ki, tikinti prosesində 450-yə yaxın işçi çalışır, bunların əksəriyyəti yerli mütəxəssislərdir. Hazırda uçuş-enmə zolağı, perron, giriş yolu, terminal və digər köməkçi binalar tikilir. Uçuş-enmə zolağı, aeronaviqasiya sistemləri, su və elektrik təchizatı, idarəetmə qülləsi senytabrın 5-nə kimi hazır olacaq.

Ümumi tikinti isə ilin sonuna kimi tam başa çatdırılacaq:

“Azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri aparmaq hər birimiz üçün böyük qürur hissidir. Tikinti prosesini vaxtında başa çatdırmaq üçün var gücümüzlə çalışırıq”.

Tikinti prosesini izləyən Milli Məclisin deputatı Vüqar Bayramov isə açıqlamasında bildirib ki, Füzuli Beynəlxalq Hava Limanı regionun inkişafı üçün vacib infrastruktur layihələrindən biridir:

“Hava limanı quru nəqliyyatı vasitəsi ilə Zəngəzur dəhlizi ilə birləşəcək, bu dəhliz isə Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Bu gün istər ölkəmizdə, istərsə də xaricdə xeyli sayda insanlar azad edilmiş ərazilərimizə səfər etmək arzusundadırlar. Hava limanı bu və digər imkanların reallaşmasına böyük töhfə verəcək”.

V.Bayramov onu da deyib ki, hazırda Şuşaya çəkilən Zəfər yolunda da işlər fasiləsiz davam edir. Həm ölkə vətəndaşları, həm xarici turistlər Füzuli aeroportundan Şuşaya asanlıqla səfər edə biləcəklər. Yükdaşımalara gəldikdə isə, deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərin potensialı çox böyükdür və qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında bu layihələrin rolu əvəzsiz olacaq.

Zəfər yolunun tikintisində çalışan iş içraçısı Bülənt Mərsin proseslə bağlı belə açıqlama verib:

“Hazırda Zəfər yolunun 34 və 51-ci kilometrləri arasındakı 17 kilometrlik hissənin çəkilişləri aparılır. Bu ərazi yolun Füzuli şəhərinin mərkəzindən keçən hissəsidir. Burada yolun eni 15 metr, daha sonra isə 11 metr olacaq. Bu hissə boyu 2 körpü, 24 su ötürücüsü tikiləcək. Şuşa yolu ilə birləşən yolda isə 1 keçid inşa ediləcək”.

Bizim.Media tikinti meydançasından hazırlanan videoreportajı sizə təqdim edir:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

"İldə bir dəfə plastik-cərraha gedirik"

"İldə bir dəfə plastik-cərraha gedirik"

Məhkəmədə Arayikgilə son söz verilib - FOTO

Məhkəmədə Arayikgilə son söz verilib - FOTO

Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Quba”ya QALİB GƏLDİ

Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Quba”ya QALİB GƏLDİ

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası KEÇİRİLDİ

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası KEÇİRİLDİ

Pakistanlıya qarşı quldurluq edən şəxsə HÖKM OXUNDU

Pakistanlıya qarşı quldurluq edən şəxsə HÖKM OXUNDU

Birinci Liqa: “Şəfa” qələbə qazandı - VİDEO

Birinci Liqa: “Şəfa” qələbə qazandı - VİDEO

İtikin düşən digər balıqçının meyiti İranda tapıldı - VİDEO

İtikin düşən digər balıqçının meyiti İranda tapıldı - VİDEO

Şirvanda ərzaq bazarında nöqsanlar aşkarlandı - FOTO

Şirvanda ərzaq bazarında nöqsanlar aşkarlandı - FOTO

Ticarət mərkəzində 27 yaşlı kişi insanlara hücum edib, ölən və yaralılar var - VİDEO

Ticarət mərkəzində 27 yaşlı kişi insanlara hücum edib, ölən və yaralılar var - VİDEO

Azərbaycanda FİFA referilərinin sayı ARTDI

Azərbaycanda FİFA referilərinin sayı ARTDI

Anar Əsədli məhkəmədə İFADƏ VERDİ

Anar Əsədli məhkəmədə İFADƏ VERDİ

“Rusiya kimi ölkəni məğlub etməyin mümkünlüyünə inanmaq ölümcül səhvdir” - Fitso

“Rusiya kimi ölkəni məğlub etməyin mümkünlüyünə inanmaq ölümcül səhvdir” - Fitso

Azərbaycanda xüsusi karantin rejiminin müddəti UZADILDI

Azərbaycanda xüsusi karantin rejiminin müddəti UZADILDI

Bu bürclər 2026-cı ildə evlənəcəkləri şəxslə görüşəcəklər

Bu bürclər 2026-cı ildə evlənəcəkləri şəxslə görüşəcəklər

Anri mükafatlandırıldı - FOTO

Anri mükafatlandırıldı - FOTO

Baş Prokurorluq Kamran Əsədov və digərləri barəsində cinayət işi ilə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq Kamran Əsədov və digərləri barəsində cinayət işi ilə bağlı MƏLUMAT YAYDI

Türkiyə ərazisində PUA qəzaya uğrayıb - FOTO

Türkiyə ərazisində PUA qəzaya uğrayıb - FOTO

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

"Qarabağ"dan zədəli futbolçularla bağlı AÇIQLAMA

"Qarabağ"dan zədəli futbolçularla bağlı AÇIQLAMA

Bakıda FACİƏ: Gənc qız 14-cü mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: Gənc qız 14-cü mərtəbədən yıxılıb öldü

End of content

No more pages to load

RADİO